Cümə, 20 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Müharibənin fəsadları - Dünya miqyasında aclıq çəkən insanların sayı artır...

2020-ci illə müqayisədə 2021-ci ildə planetdə aclıq çıkən insanların sayında 25% artım olub.

PİA .az xəbər verir ki, ölüm və hayat arasında 53 ölkədən 193 milyon insan çəkişməkdədir. 2016-cı ildən sonra Efiopiyada, Cənubi Sudanda, Cənubi Maqadaskarda və Yəməndə aclıq çəkən insanların sayı 570 min nəfər - 571% faiz artıb.

2020-ci ildən sonra isə ərzağın qiyməti təqribən 75% artıb və artıq qlobal qida böhranı real fəlakətə dönüşməkdədir. Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatdan sonra isə vəziyyət daha da pisləşməkdədir. Çünki Rusiya daxili bazarı qorumaq məqsədi ilə ölkədən buğda da daxil olmaqla bir çox qida məhsullarının çıxışına qadağa qoyub. Eyni vəziyyət Ukrayna ilə də keçərlidir. Hazırda Qara dənizdəki Ukrayna limanlarında on minlərlə ton buğda gəmilərdə qalıb. Lakin bu gəmilər Rusiyanın blokadası səbəindən limandan çıxa bilmirlər. Bəzi məlumatlara görə isə bəzi gəmilərdəki buğda Rusiya tərəfindən zəbt olunur. Bu qadağalardan isə əsasən ərzaq sahəsində ixracdan asılı olan ölkələr ziyan çəkir. Məsələn, İndoneziyada əsas qida məhsullarının çatışmamazlığı yaranıb.

2021-ci ildə Somali buğdaya olan təlabatının 90%-ni Rusiya və Ukraynadan təmin edib. Konqo 80%, Maqadaskar isə 70% buğda ehtiyacını bu iki ölkədən alıb. Hazırda isə müharibə ucbatından bu ölkələr taxıla olan ehtiyaclarını ödəyə bilmirlər.

Hesablamalara görə 2022-ci ildə 41 ölkədə 180 milyon insan aclıq həddində olacaq. Gələn il isə bu statistikanın daha da artacağı gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Əli Həsənova verdiyim 10 kaseti ermənilər qarşıma qoydular" - Şahbaz Quliyev

Qiymətlərin dağ başına çıxdığı Azərbaycanda kasıb əhali bir ildə iki dəfə azalıb - Statistika belə deyir...

Paşinyan Kremldən KTMT qüvvələrinin İrəvana yeridilməsini xahiş edib

İran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı bəzi faktlar - Yenilənib

Ermənistanda müxalifətin aksiyaları güclənir... - Paşinyan devrilə bilər?

Rusiyaya güzəştə getmək və sülh danışıqları aparmaq mümkün deyil - Zelenskinin ofisi

Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - Dosye

“Azərbaycanda məmurlar qanunlara tüpürürlər” - Ekspert hərbiçilərə veteranlığın verilməməsinə görə od püskürdü...

Kürdəmir Regional Mədəniyyət idarəsində dövlət büdcəsindən mənimsəmələr...

Azərbaycanda hibrid avtomobillərinə güzəştlər tətbiq edilməyə başlanılıb

Ən çox oxunanalar