Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibənin Azərbaycan və Ermənistan iqtisadiyyatına təsirləri... - Ekspertdən şərh

Müharibə bir neçə ay uzanarsa, hər iki ölkənin iqtisadiytatında hansı prosseslər gedə bilər?..

İqtisadçı-ekspert: “Torpaqların işğaldan azad olunması üçün müharibəni uzun müddət aparmağa Azərbaycanın iqtisadi potensialı var”.

Ermənistanın iqtisadiyyatı daha çox Rusiyadam asılıdır. Təsadüfi deyil ki, son hadisələrlə paralel olaraq, rus rublunun dəyərdən düşməsi ilkin olaraq Ermənistan dramını vurdu”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli müharibənin AzərbaycanErmənistan iqtisadiyyatına mümkün təsirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başladı.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Müharibənin AzərbaycanErmənistan iqtisadiyyatına mümkün təsirləri barədə nə demək olar? Müharibə bir neçə ay uzanarsa, hər iki ölkənin iqtisadiytatında hansı prosseslər gedə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Azərbaycanın iqtisadiyyatı müharibəni uzunmüddətli, yəni qələbəyə qədər aparmağa imkan verir”.

Müharibəmin bahalı əməliyyat olduğunu xatırladan iqtisadçı-ekspert əlavə edib ki, buna görə də müharibə bizim maliyyə resurslarımıza da təsir göstərəcək. Yəni əlavə maliyyə resurslarına ehtiyac yaranacaq:

“Təbii ki, iqtisadi nöqteyi-nəzərdən üstünlük Azərbaycandır. Məlumdur ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz dövlətlərinin iqtisadiyyatının az qala 70 faizini təşkil edir. Buna görə də iqtisadi dayanıqlılıq biz tərəfdədir. Azərbaycan Qarabağ müharibəsində tək siyasi və hüquqi tərəfdən haqlı deyil. Həm də Azərbaycan iqtisadi olaraq haqlı tərəfdir. Torpaqların işğaldan azad olunması üçün müharibəni uzun müddət aparmağa Azərbaycanın iqtisadi potensialı var.

Ermənistanın iqtisadiyyatı isə daha çox Rusiyadam asılıdır. Təsadüfi deyil ki, son hadisələrlə paralel olaraq, rus rublunun dəyərdən düşməsi ilkin olaraq Ermənistan dramını vurdu. Yəni Ermənistan dramı dəyərdən düşmə tendensiyasını yaşadı.

Natiq Cəfərli: “Ermənistan dollardan aldığı dptasiyalar hesabına büdcəsinin böyük hissəsini formalaşdırırdı”.

Həmçinin Ermənistanın iqtisadiyyatı münasibətlərində də problem var. Bu problemlər həm dünyadakı vəziyyət, həm də müharibə ilə bağlıdır. Çünki Ermənistan dollardan aldığı dotasiyalar hesabına büdcəsinin böyük hissəsini formalaşdırırdı. Bundan əlavə də Rusiyada, ABŞ-da, Avropada yaşayan ermənilərin öz ailələrinə göndərdiyi vəsait hesabına daxildə ticarət dövriyyəsi güclənirdi.

Bildiyimiz kimi pandemiyaya görə həm Rusiyada, həm ABŞ-da, həm də Avropada iqtisadiyyatın daralmasına görə maliyyə yardımları azalıb. Bu amil də Ermənistana təsir göstərir.

Ümumilikdə götürəndə Azərbaycanın iqtisadiyyatı müharibəni uzunmüddətli, yəni qələbəyə qədər aparmağa imkan verir. Amma o da məlumdur ki, müharibə bahalı əməliyyatdır. Buna görə də müharibə bizim maliyyə resurslarımıza da təsir göstərəcək. Yəni əlavə maliyyə resurslarına ehtiyac yaranacaq. Amma hələ ki, bizim valyuta ehtiyatları bu müharibəni sürdürə bilmək üçün kifayət edir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Müharibə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar