Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibənin 40 günü və Azərbaycan bayrağının zəfər yürüşü...

Amid Əliyev yazır...

27 sentyabr 2020-ci il tarixində Azərbaycan ordusu Dağlıq Qarabağda zəbt olunmuş ərazilərin azad olunması və Ermənistan tərəfini sülh danışıqlarına məcbur etmək üçün əks-hücum xarakterli hərbi əməliyyatlara başladı. Bu əməliyyatlara başlamaq üçün Azərbaycan Respublikasının tam hüquqi əsasları vardır.

BMT-nin Təhlükəsizlik Şurasının 4 Qətnaməsi (822, 853, 874, 884);

• Beynəlxalq hüquq və beynəlxalq münasibətlərdə Dağlıq Qarabağın Azərbaycan Respublikasının ərazisi kimi tanınması;

• 30 ilə yaxın müddət ərzində nəzarətsiz qalan Dağlıq Qarabağda terrorçuların yerləşdirilməsi;

• İçğal olunmuş ərazilərdə narkotik vasitələrin becərilməsi və ticarəti;

• Qanunsuz silah ticarəti;

Azərbaycan dövlət sərhədinin cənub hissədən 132 km və qərb tərəfdən 1007 km məsafənin nəzarətsiz qalması.

Son 15 il ərzində Ermənistan tərəfindən mütəmadi olaraq atəşkəsin pozulması və dinc əhalinin qətlə yetirilməsi və nəhayət, Dağlıq Qarabağda və eləcə də, ətraf rayonlarda qanunsuz olaraq digər ölkələrdən olan ermənilərin məskunlaşdırılması (Beyrut limanında baş verən partlayışdan sonra livanlı Ermənilərin, xüsusilə Laçın rayonuna yerləşdirilməsi) və digər əsaslar Azərbaycana bu əks-hücum əməliyyatlarına başlamağa tam əsas verir.

Bundan əlavə, son 20 il ərzində Azərbaycanın nəinki regionda, eləcə də regiondan kənarda artan nüfuzu, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş olması, irihəcmli enerji layihələrinin və nəqliyyat dəhlizlərinin uğurla icra edilməsi və qonşu dövlətlərlə paritet əsaslarla münasibətlərin qurulması yuxarıda qeyd olunan proseslərin başlanmasın tam şəkildə zəmin yaratmış oldu. Azərbaycan dövləti tərəfindən son onillikdə aparılan uğurlu xarici siyasət kursu sayəsində Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfin məhz Azərbaycan olması artıq çoxdan isbat olunub.

Əgər 90-cı illərin əvvəllərində Azərbaycan tərəfindən dünya birliyinə Dağlıq Qarabağ haqqında faktlar çatdırılanda bu faktlar tam da ciddi olamayaraq qəbul edilirdisə, artıq bu gün Azərbaycanın bu münaqişə haqqında beynəlxalq tribunadan dedikləri tam həqiqət kimi qəbul edilir. Məsələn, müharibə başalayan gündən ölkə başçısının dünyanın bir sıra qabaqcıl xəbər kanallarına informasiya agentliklərinə verdiyi proqram xarakterli müsahibələrindəki səsləndirdiyi hüquqi və tarixi faktlar, Ermənistan Baş naziri ilə aparılan müsahibələr zamanı ona ünvanlandığı təqdirdə cavablandırılması olduqca çətin olmuşdur. Bu da öz növbəsində son 20 ildə Azərbaycan dövlətinin diplomatiya və informasiya sahəsində apardığı mübarizəsinin bariz nümunəsi idi.

Və yaxud da ki, Ermənistan tərəfindən mübarizəyə üçüncü ölkənin, xüsusilə də Rusiya Federasiyasının cəlb edilməsi cəhdləri tam olaraq iflasa uğradı. Rusiya Federasiyası 3 dəfə rəsmi şəkildə, bir dəfə ölkə başçısı V.Putin, iki dəfə isə Xarici İşlər Nazirliyi tərəfindən bildirilib ki, Rusiya Federasiyası yalnız o zaman Ermənistan Respublikasına istənilən köməyi edə bilər ki, müharibə birbaşa Ermənistanın ərazisində getsin”. Hətta, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosiyanın Rusiya siyasi elitası ilə Moskva şəhərində görüşündən sonra Yeravanda Rusiya Ermənistanın təhlükəsizliyinə tam təminat verir, amma Qarabağ problemini Rusiya həll etmir”, deməsi bunu bir daha təsdiq edir.

Bundan əlavə, ATƏT-in Minsk qrupu tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində təqdim edilən Mərhələli həll və ya “Madrid prinsipləri”nin Ermənistan tərəfindən qəbul edilməməsi və ya mövcud olan status-kvonun saxlanılmasına olan cəhdlər onu göstərilir ki, Ermənistan bu münaqişənin həll olunmasından daha çox, dondurulmasına çalışıb.

Qeyd olunanlarla yanaşı son 30 il ərzində Ermənistanda olan ağır sosial-iqtisadi durum, demoqrafik və miqrasiya proseslərinin mənfi saldo səviyyəsində olması, dövlət büdcəsinin kəskin azalması və artan xarici dövlət borcu fonunda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunması indiki Ermənistan rəhbərliyinin heç də siyasi kursuna uyğun deyildir.

Yalnız Ermənistana sərf edən şərtlər daxilində sülhün bərqərar olması və ya qalibiyyətli müharibə Ermənistanı qeyd edilən problemlər məngənəsindən xilas edə bilərdi. Məhz bunu rəhbər tutaraq Ermənistanın siyasi və hərbi rəhbərliyi 2016-cı ilin aprelində və 2020-ci ilin iyununda Azərbaycana qarşı təxribat-diversiya və təhrikedici müharibəyə başlamaq qərarına gəldi. Lakin qeyd edilən tarixlərdə Ermənistan tərəfindən qeyd edilən təxribat-diversiya və təhrikedici mühribəyə başlamaq və yeni ərazilərin işğal edilməsi cəhdləri boşa çıxdığı üçün 27 senytabr 2020-ci ildə bu cəhdin göstərilməsinə başlandı.

Artıq qeyd olunan cəhd nəticəsində başlamış müharibənin 40 günü keçib. Bu müddət ərzində Azərbaycan ordusu 5 şəhər, 3 qəsəbə, 215 kənd və bir sıra strateji yüksəklikləri azad edib. Dağlıq Qarabağdan Ermənistana gedən əsas yollar Azərbaycan ordusunun tam nəzarətinə keçib. Cənubdan İran İslam Respublikası ilə mövcud olan 132 km-lik dövlət sərhəddi tam bərpa olunub. Artıq bu istiqamətdə Azərbaycan sərhəd infrastrukturu yaradılıb və Azərbaycan sərhədçiləri öz xidmətlərini təşkil ediblər. Tərtər rayonunun Suqovuşan kəndinin azad edilməsi ilə orada yerləşən su anbarı da Azərbaycan ordusunun nəzarətinə keçib. Artıq bu su anbarının imkanları müvafiq olaraq qiymətləndirilib və eləcə də, bəzi rayonlara həmin anbardan suyun verilməsi də təşkil olunub. Yaxın gələcəkdə bu anbar vasitəsilə 100.000 hektar ərazinin suvarılmasında istifadə olunacaq. Bundan əlavə, Araz çayı üzərində İran İslam Respublikası ilə Ermənistanın birgə inşa etdiyi Su Elektrik Stansiyası da artıq Azərbaycanın nəzarətindədir. İlkin hesablamalara görə, 75.000 hektar ərazinin suvarılmasında və 102 meqavat enerjinin alınması üçün bu elektrik stansiyasından istifadə ediləcək.

Qeyd olunan faktlar onu göstərir ki, bu günə qədər Azərbaycan ordusu tərəfindən əldə edilmiş uğurlar yaxın gələcəkdə Azərbaycan Respublikasında iqtisadiyyatın bütün sahələri üzrə inkişafına xidmət edəcəkdir. Azad olunmuş ərazilərin yenidən qurulması və inkişaf etdirilməsi ilə yanaşı, Azərbaycan öz tarixini və mədəniyyətini də bərpa edəcək.

Müharibənin ilk günlərindən Ermənistanın hərtəfəli itkiləri açıq şəkildə görünməkdədir. Regionda ən iri enerji və nəqliyyat layihələrindən, eləcə də regional əməkdaşlıqdan kənarda qalan Ermənistan müharibə meydanında da tək qalıb. Ermənistan müharibə meydanında təkcə 5 mindən çox canlı qüvvəsini itirin, məhv edilən hərbi texnikasının qiyməti isə 2 milyard dollardan çoxdur. Hər gün müharibənin davam etdirilməsi Ermənistanın dövlət büdcəsinə 33 milyon dollara başa gəlir. Cəbhədə mühüm strateji mövqelərin itirilməsi, yüksək rütbəli zabit korpusunun məhv edilməsi, ciddi təminat probleminin olması və orduda fərarilik hallarının çoxalması bir daha onu sübut edir ki, Ermənistan siyasi və hərbi rəhbərliyində xaos hökm sürməkdədir. Bundan əlavə, regionda yerləşən qonşu dövlətlərin müharibədə Ermənistanı işğalçı kimi qiymətləndirməsi də Ermənistanın mövcud olan diplomatik və siyasi əlaqələrinin də heç də ürəkaçan olmadığını göstərir.

Müharibənin ilk günlərindən Türkiyə Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edib və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını bəyan etmişdir. Eyni mövqeyi Gürcüstan da bildirib. İran İslam Respublikası da ölkə prezidenti və ölkənin ali dini lideri səviyyəsində eyni mövqeyi sərgiləyib və Azərbaycanın haqq mübarizəsinin yanında olduqlarını bildiriblər.

Artıq müharibədə Azərbaycanın uğurlarını müşahidə edən Ermənistanın bir sıra havadarları da Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildiriblər. Bundan əlavə, son günlər Ermənistan daxilində sosial durumun daha da kəskinləşməsi, parlamentdə siyasi partiyalar arasında ciddi kolliziyaların yaranması, yüksək rütbəli hərbi şəxslərin həbs edilmısi və ya işdən azad edilməsi artıq Ermənistanın müharibəni uduzmasından xəbər verir.

Azərbaycan orudsunun cəbhədə sürətli irəliləməsi Ermənistan iqtidarının ölkə daxilində yaranmış ciddi narazılıqlar və təzyiqlər fonunda yaranacaq inqilabla devrilməsi və yaxud da Azərbaycanın diktə etdiyi şərtlər daxilində sülh müqaviləsini imzalanması ilə bitəcəkdir. Bu da özlüyündə Ermənistanın hər iki halda məğlub olması mənasını kəsb edir.

Son 40 gün ərzində Azərbaycanın üçrəngli dövlət bayrağı 04.10.2020-ci il tarixində Cəbrayıl şəhərində, 09.10.2020-ci il tarixində Hadrut qəsəbəsində, 17.10.2020-ci il tarixində Füzuli şəhərində, 20.10.2020-ci il tarixində Zəngilan şəhərində, 22.10.2020-ci il tarixində Ağbənd qəsəbəsində, 25.10.2020-ci il tarixində Qubadlı şəhərində və nəhayət, 08.11.2020-ci il tarixində isə Şuşa şəhərində Azərbaycan əsgəri tərəfindən qaldırılıb. Bunu Azərbaycan bayrağının zəfər yürüşü kimi qiymətləndirmək olar.

Artıq Dağlıq Qarabağın və onun ətrafında yerləşən rayonların və bir sıra strateji yüksəkliklərin və yolların Azırbaycan ordusunun nəzarətində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu yürüş hələ davam edəcək.

Qarşıdakı günlərdə Azərbaycan ordusu zəbt olunmuş ərazilərin işğaldan azad olunması istiqamətində hərbi əməliyyatları uğurla aparılacaq.. Ermənistanla dövlət sərhəddi tam şəkildə bərpa ediləcək. Ərazilərin yenidən qurulması və inkişafı işi həyata keçiriləcək. Həmvətənlərimiz öz doğma torpaqlarına qayıdacaqlar. Azərbaycan bayrağı Laçında, Kəlbəcərdə, Ağdərədə, Xocavənddə, Ağdamda, Xocalıda və Xankəndində qaldırlacaq. O zaman Azərbaycanın şanlı və yenilməz bayrağının zəfər yürüşü tamamlanmış olacaq.

Amid Əliyev, politoloq

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar