Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibə teatrı - Ukrayna indiki hərbi taktikası ilə Rusiyaya qalib gələ biləcək?

Rusiyanın müharibə taktikası ilə Ukraynanın hərbi taktikası arasında hansı fərqlər nəzərə çarpır və bu fərqlər ümumi strategiyaya necə təsir edir?..

Hərbi-ekspert: “Rusiya öz əməliyyatlarını sanki standart bir nizamnamədə yazılan tələblər üzərindən həyata keçirilməyə çalışır və belə görünür ki, Rusiya generalları II dünya müharibəsində istifadə olunan strategiya və taktikalar üzərində müharibə aparırlar”.

“Nəticə etibarilə hələ də əməliyyatlar teatrında taktiki üstünlük Rusiya ordusuna aiddir. Çünki Rusiya ordusu bütün göstəriciləri ilə Ukrayna ordusundan qat-qat güclüdür. Bu hər şeydən əvvəl orta mənzilli raket və yaylım atəş sistemlərinə aiddir və bu faktor Rusiyanın cəbhədə əsas üstünlüyünü təşkil edir”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Ukraynanın indiki hərbi taktikasını PİA.az-a şərh edərkən qeyd edib.

Ukrayna-Rusiya müharibəsi bütün şiddəti ilə davam edir. İyulun əvvəlində Lisichansk şəhərini ələ keçirdikdən sonra Rusiya ordusu fasilə elan etdi, lakin bir neçə gün sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu orduya hücum əməliyyatlarını artırmaq əmri verdi. Bundan sonra isə əsas hərbi qüvvənin cəmləşdiyi Donetsk və Luhansk da daxil olmaqla Rusiya silahlı qüvvələri hər hansı uğur əldə edə bilmədi. Ukrayna və onun müttəfiqləri isə rus ordusunun hiss olunacaq qədər zəifləməsini Qərb dövlətlərinin, əsasən ABŞ-ın verdiyi uzaq mənzilli artilleriya qurğuları ilə əlaqələndirirlər.

Xüsusilə də HIMARS çoxfunksiyalı raket atış sistemi Ukrayna ordusuna imkan verir ki, Rusiyanın silah-sursat anbarlarına və bazalarına zərbələr endirsin.

Son bir ayda isə Ukrayna ordusu bütün imkanlarını Rusiyanın hərbi sursat anbarlarını məhv etməyə yönəldib. Ümumiyyətlə Ukraynanın indiki hərbi taktikasın necə dəyərləndirmək olar və bu taktika Rusiyaya qalib gəlmək üçün yetərli olacaqmı? Digər tərəfdən Rusiyanın müharibə taktikası ilə Ukraynanın hərbi taktikası arasında hansı fərqlər nəzərə çarpır və bu fərqlər ümumi strategiyaya necə təsir edir?

Ukrayna-Rusiya müharibəsinin taktiki gedişlərini PİA.az-ın əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Ukraynanın bir neçə aydır ki, tətbiq etdiyi bir taktika mövcuddur. Bu taktikaya görə, onlar əsasən müdafiə imkanlarını daha çox strateji mühüm şəhərlərin, kommunikasiyaların, o cümlədən dəmir yollarının və rabitə qovşaqlarının qorunmasına yönəldiblər”.

Ukraynanın Qərbdən gələn, amma sayı hələ də yetərli olmayan silah sistemləri hesabına müdafiə potensialını bir qədər də gücləndirdiyini nəzərə çatdıran ekpert PİA.az-a bildirib ki,uzaq mənzilli silah çatışmamazlığı Ukraynaya geniş miqyaslı hücumlar həyata keçirməyə imkan vermir:

“Qərb ölkələrindən Ukraynaya verilən sonuncu silah sistemlərinin assartimentinə baxanda məlum olur ki, Ukrayna tərəfi daha çox reaktiv yaylım atəş sistemləri ilə təhciz olunur. Adətən Rusiyanın bu sistemlərə qarşı mübarizə imkanlarının da məhdud olduğunu bilirik. Artıq bir neçə dəfədir ki, bir çox Rusiya rəsmləri məhz HIMARS və M-777 reaktiv yaylım atəş sistemlərinin Ukrayna tərəfindən effektiv tətbiqinə dair etiraflar edirlər.

Əvvəla onu deyim ki, Ukraynanın bir neçə aydır ki, tətbiq etdiyi bir taktika mövcuddur. Bu taktikaya görə onlar əsasən müdafiə imkanlarını daha çox strateji mühüm şəhərlərin, kommunikasiyaların, o cümlədən dəmir yollarının və rabitə qovşaqlarının qorunmasına yönəldiblər. İkincisi isə Ukrayna ordusunun mövcud əməliyyat şəraitinə Rusiyadan daha tez adaptasiyası olunduğunu görürük.

Rusiya öz əməliyyatlarını sanki standart bir nizamnamədə yazılan tələblər üzərindən həyata keçirilməyə çalışır və belə görünür ki, Rusiya generalları II dünya müharibəsində istifadə olunan strategiya və taktikalar üzərində müharibə aparırlar. Amma Ukrayna ordusu daha çox real şəraitin tələblərinə uyğun fəaliyyətlərə üstünlük verir və bu da öz effektini göstərir.

Ədalət Verdiyev: “Ukrayna Rusiya ordusunun lojistik dəstəyinə və kommunikasiya xətlərinə zərbələr endirməyə davam edərsə və bu temp artarsa, ilin sonlarında, ya da gələn ilin əvvəlində mövqe dəyişikliklərini müşahidə edə biləcəyik”.

Xüsusən Ukraynanın daha uğurlu taktikadan istifadə etməsi ondan görünür ki, Ukrayna Rusiyaya nisbətən daha az canlı qüvvə və texnika itkisi verir. Ən azından belə itkilər kütləvi olsaydı, Rusiya mətbuatı həmin görüntüləri işıqlandırardı. Lakin biz bunun şahidi olmuruq.

Nəticə etibarilə hələ də əməliyyatlar teatrında taktiki üstünlük Rusiya ordusuna aiddir. Çünki Rusiya ordusu bütün göstəriciləri ilə Ukrayna ordusundan qat-qat güclüdür. Bu hər şeydən əvvəl orta mənzilli raket və yaylım atəş sistemlərinə aiddir və bu faktor Rusiyanın cəbhədə əsas üstünlüyünü təşkil edir. Digər tərəfdən rusların nəzarətində Krımda daxil olmaqla, Ukraynanın 30 faizə yaxın ərazisi var. Bu da avtomatik olaraq Rusiyanın üstünlüyünü göstərən faktordur. Amma dünyanın ikinci ordusunu yarım il müddətində qarşısında dayana bilən Ukrayna təbii ki, bu müharibənin mənəvi qalibidir.

Ukrayna isə Qərbdən gələn, amma sayı hələ də yetərli olmayan silah sistemləri hesabına müdafiə potensialını bir qədər də gücləndirib. Lakin bunlar hələ də Ukraynaya geniş miqyaslı hücumlar həyata keçirməyə imkan vermir və hesab edirəm ki, yaxın aylarda Ukrayna müharibəsində ciddi mövqe dəyişiklikləri müşahidə olunmayacaq. Ukrayna Rusiya ordusunun lojistik dəstəyinə və kommunikasiya xətlərinə zərbələr endirməyə davam edərsə və bu temp artarsa, ilin sonlarında, ya da gələn ilin əvvəlində mövqe dəyişikliklərini müşahidə edə biləcəyik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar