Şənbə, 18 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Silahlılar ələ keçirdikləri tankeri tərk etdi - Yenilənib

Ötən gecə Birləşmiş Ərəb Əmirlikləri sahillərində bir qrup naməlum silahlı şəxs tərəfindən ələ keçirilən və İran istiqamətinə kurs götürən “Asphalt Princess” tankeri ilə bağlı məsələ yoluna qoyulub. BBC xəbər verir ki, silahlılar gəmini tərk ediblər və hazırda tanker təhlükəsiz şəraitdədir. Britaniyanın dəniz ticarət daşımalarının koordinasiyası üzrə təşkilatı UKMTO bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra limanı yaxınlığında olan digər gəmilər xüsusilə ehtiyatlı olmalıdır.

Tankeri ələ keçirmiş silahlıların kimliyi barədə hələ də məlumat yoxdur. Bundan əvvəl Böyük Britaniya xüsusi xidmət orqanlarına istinad edən bir sıra KİV-lər silahlıların İran İnqilab Keşikçiləri Korpusuna mənsub ola biləcəklərini, yaxud İranın himayə etdiyi silahlı qruplaşmalardan birinə mənsub olduqlarını yazmışdı. İran isə tankerin ələ keçirilməsində hər hansı iştirakını inkar edirdi.

***

Bu gün avqustun 4-nə keçən gecə naməlum silahlılar Birləşmiş Ərəb Əmirlikləri sahillərində neft tankerinə basqın edərək onu ələ keçiriblər.

Virtualaz.org beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, hazırda tanker İran istiqamətində üzür.

Xəbərlərə görə, Panama bayrağı altında üzən və Dubayda mənzillənmiş “Prime Tankers LLC” şirkətinə məxsus olan “Asphalt Princess” tankerinə hücum Fuceyra limanından 97 kilometr məsafədə həyata keçirilib. “Sky News” Böyük Britaniyanın xüsusi xidmət orqanlarından birinə istinadən bildirir ki, tankerin göyərtəsinə 8, yaxud 9 silahlı şəxs qalxıb. Onlar tankerin naviqasiya sistemini söndürüblər və onu naməlum istiqamətə aparıblar. Daha sonra tankerin Hörmüz boğazına istiqamət aldığı məlum olub.

Gəminin ələ keçirilməsi haqda informasiyalardan dərhal sonra Böyük Britaniya XİN bəyan edib ki, insidentin araşdırılmasına britaniyalı xüsusi təyinatlılar cəlb olunub. Böyük Britaniya baş verənlərdə İranın əlinin ola biləcəyini təxmin edir. “The Times” qəzetinin yazdığına görə Böyük Britaniya xüsusi xidmət orqanlarında gəminin İranın İnqilab Keşikçiləri Korpusunun döyüşçüləri, yaxud İran tərəfindən dəstəklənən silahlı qrup tərəfindən ələ keçirildiyini ehtimal edirlər.

İranın özündə isə bu şübhələrə sərt reaksiya veriblər. İnqilab Keşikçiləri Korpusu gəminin qaçırılmasında əli olduğunu qəti inkar edib.

“Lloyd's List” adlı Britaniya jurnalı isə az əvvəl tankerin İrana tərəf üzdüyünü xəbər verib. Bunu gəmilərin izlənilməsi ilə məşğul olan “Marine Traffic” portalı da təsdiq edir.

Maraqlıdır ki, gəminin qaçırılması ilə eyni vaxtda Birləşmiş Ərəb Əmirliklərinin sahillərində ən azı dörd neft tankerinin heyəti gəmilərin idarəetməsinin naməlum şəraitdə itirildiyi haqda xəbərdarlıq veriblər. Söhbət Qayana bayrağı altında üzən “Quenn Ematha”, Sinqapur bayrağı altında üzən “Golden Brilliant”, Hindistan bayrağı altında üzən “Jag Pooja” və Vyetnam bayrağı altında üzən “Abyss” neft tankerlərindən gedir. Bu gəmilərin mühərrikləri sönüb və peyk trakerləri sıradan çıxıb.

Xatırladaq ki, bundan əvvəl İsrailin “Zodiac Maritime” şirkəti tərəfindən istismar olunan “Mercer Street” neft tankerinə Oman sahillərində bir və ya bir neçə kamikadze-dronla hücum həyata keçirilmişdi. Nəticədə gəmidə yanğın baş verib, iki heyət üzvü həlak olub. İsrail gəmiyə hücumun İran tərəfindən həyata keçirildiyini bildirib, daha sonra bu versiyanı ABŞ və digər qərb ölkələri dəstəkləyiblər və İrana qarşı “kollektiv cavab tədbirlərinin görüləcəyini” bəyan ediblər.

Qeyd edək ki, daha əvvəl İsrail kəşfiyyatının beynəlxalq sularda İran neftini daşıyan tankerlərə seriya hücumlar həyata keçirdiyi, nəticədə bu tankerlərin mənzil başına çata bilmədiyi və başqa limanlara yan aldığı, İranın milyardlarla dollar ziyana düşdüyü məlum idi.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sergey Lavrov rəsmi səfərlərə sevgilisi ilə gedir, o cümlədən Azərbaycana da… – Video

“Haber Global” Mübariz Mənsimovu darmadağın etdi - Ermənilərlə iş birliyi... - Video

Azərbaycan polisi diversantlara çörək aparan erməni maşınını saxladı

Azərbaycan polisi qondarma “bayrağ”ı maşınların üzərindən süngü ilə qazıdı - Video

Cavid Qurbanovdan narazı fəhlələr PA-ya yürüş edəcək -  Foto

Son vaxtlar Xalq artistinin “açıq-saçıq” geyinməsinin səbəbi nədir? - Foto

Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi

Hüseynbala Mirələmovun XİN-də işləyən oğlunun adı qalmaqalda

Ərəb qadınları barədə bilmədiyiniz faktlar: Şərikli ər, lüt bədənə çarşab...

"Diqqət: Hacı Nuranın 4-cü dalğası başlayıb"

KTMT-də sədrlik Ermənistana keçdi... - Azərbaycan üçün təhlükə var?

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

Ən çox oxunanalar