Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Muğam festivalının qalibləri müəyyənləşib

Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa ili” çərçivəsində uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə muğam festivalının yekun konserti keçirilib.

Konsert Beynəlxalq Muğam mərkəzində baş tutub.

9-12 və 13-17 yaş qrupları üzrə respublikanın şəhər və rayonlarından istedadlı şagirdlərin qatıldığı festivalın regionlar üzrə mərhələsində 1-ci yerlərin qalibləri final mərhələdə iştirak etmək hüququ qazanıblar.

Bakıda keçirilən festivalın final mərhələsində Xalq artistləri Teyyub Aslanov, Gülyaz Məmmədova və Əməkdar artist Zakir Əliyevdən ibarət münsiflər heyəti tərəfindən iştirakçıların çıxışı qiymətləndirilib və qaliblər müəyyən edilib.

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd 2008-ci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğam ənənələrinin və milli dəyərlərimizin yaşadılması və təbliği, uşaq musiqi və incəsənət məktəblərində xanəndəlik ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması və dəstəklənməsidir.

Xatırladaq ki, konsertdə Bakı, Gəncə, Lənkəran, Sumqayıt, Şəki, Abşeron, Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, Qazax, Quba, Saatlı, Sabirabad şəhər və rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri çıxış ediblər. İfaçıları Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının ansamblı (rəhbəri Mirxalid Salayev) müşayiət edib.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar