Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimlərin sertifikasiyasının nəticələri məlum oldu

Sertifikatlaşdırmadan keçmiş 3086 təhsilverən vəzifə maaşına 35 faiz əlavə, 5590 təhsilverən isə 10 faiz əlavə alacaq...

“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq cari ilin 30 avqust - 1 sentyabr və 13 sentyabr tarixlərində sertifikatlaşdırmanın test mərhələsi keçirilib.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, test mərhələsində ümumilikdə 11 133 nəfər təhsilverən iştirak edib və onlardan 8 766 nəfər təhsilverən müəyyənləşdirilmiş keçid balını toplayıb.

12-19 sentyabr tarixlərində isə sertifikatlaşdırmanın müsahibə mərhələsi keçirilib. Həmin mərhələdə 8707 nəfər təhsilverən iştirak edib və onlardan 8676 nəfəri uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.

Yerli təhsili idarəetmə orqanları tərəfindən sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə sertifikatlar təqdim olunacaq.

Sertifikatlaşdırmadan keçmiş 3086 təhsilverən vəzifə maaşına 35 faiz əlavə, 5590 təhsilverən isə 10 faiz əlavə alacaq.

Qeyd edək ki, sertifikatlaşdırma prosesinə birinci mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar