Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb.
Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən APA-ya verilən məlumata görə, ümumilikdə 21 iş gününü əhatə edən imtahanlarda 46 930 nəfər namizəd iştirak edib.
Növbəti mərhələdə namizədlərin vakansiya seçimi və müsahibə prosesi həyata keçiriləcək.
pia.az