Bazar ertəsi, 21 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Mübariz Qurbanlının nüfuzlu dediyi sayt 2 gün əvvəl yaradılıb – Fotofakt

Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytında və qurumun “Facabook” sosial şəbəkəsindəki hesabında bu qurumun sədri Mübariz Qurbanlının yazdığı məqalənin ABŞ-ın xarici siyasət, təhlükəsizlik məsələləri və beynəlxalq münasibətlər istiqamətində fəaliyyət göstərən xəbər saytında – “The Washington Outsider”da (thewo.us) yayımlandığı barədə məlumat verilib.

PİA.az xəbər verir ki, haqqında bəhs olunan xəbər saytı cəmi 2 gün əvvəl yaradılıb.

Eyni zamanda “thewo.us” saytının “Facebook” sosial şəbəkəsindəki hesabı da məqalənin yayımlandığı gündən 2 gün əvvəl açılıb.

Məlumat üçün bildirək ki, “thewo.us” saytı və “Facebook” sosial şəbəkəsindəki “The Washington Outsider” səhifəsi 6 iyun tarixində açılıb.

Son 2 gündə “thewo.us” saytına cəmi 4 xəbər yerləşdirilib və onlardan 2-si Azərbaycanla bağlıdır. Xəbərlərdən birinin müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, digəri isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Fidan İsmayılzada olub.

“Facebook” sosial şəbəkəsindəki “The Washington Outsider” səhifəsini isə cəmi 72 nəfər “bəyənib”. Son 2 gündə səhifədə paylaşılan xəbərləri isə demək olar ki, heç kim bəyənməyib.

Qeyd edək ki, Mübariz Qurbanlının məqaləsi “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “mədəniyyət cinayətləri” törətmək barədə Ermənistanın əsassız iddiaları” adı (“Armenia’s groundless allegations of committing “cultural crimes” in the liberated territories of Azerbaijan”) ilə yayımlanıb. (Yeniavaz.com)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

MSK: Nikol Paşinyan seçkilərin qalibidir - Partiyası seçkilərdə 53,9 % səs alıb - Yenilənib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Pirallahı RİH-də əməliyyat keçirir 

Simonyanın 7 və 8 yaşlı uşaqları türkləri öldürməyə çağırdı - Video

Moskvadan Paşinyanın qələbəsinə gözlənilməz reaksiya

Nikol Paşinyan: “Hökuməti təkbaşına formalaşdıracağıq”

Koçaryanın seçki qərargahı: “Ümidimiz şəhər vilayətlərinə, xüsusən də İrəvanadır”

Erməni xalqının darmadağın etdiyi müxalifət və zəfər şərabını yenidən içən Paşinyan...

Azərbaycanda əhaliyə yenidən 190 manat ödəniləcək

Rusiyanın reallaşmayan Ermənistan planı... - Bir daha Paşinyanı seçdiyinə görə Kreml erməni xalqını cəzalandıra bilərmi?

Tural Səfərovu Naxçıvanda niyə həbs ediblər? – Zorla sildirilən statusda nə yazılıb?

İnam Kərimov qurdları ac qoyub - İlginc faktlar... - Foto

Ən çox oxunanalar