Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müasir Müsavat Partiyası Silahlı Qüvvələri təbrik etdi

Müasir Müsavat Partiyası Silahlı Qüvvələr Günü münasibətilə Ordumuzu təbrik edib. 

Təbrikdə deyilir:

26 iyun - 104 illik tarixə malik olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Günüdür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradıldı. Milli Ordumuz tarixi, özü qədər şərəfli yol keçərək Ulu Öndərin dövründə yenidən nəfəs almağa başladı. Ulu Öndər Heydər Əliyev 26 iyunu Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan etdi və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Prezidentimiz İlham Əliyevin də Milli Ordunun formalaşmasına, güclənməsinə göstərdiyi diqqət və qayğı da göz önündədir. Bu diqqət sayəsində Azərbaycan ordusu regionun qüdrətli silahlı qüvvəsidir. Həmçinin Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

Beləliklə də, İlham Əliyev və Ordumuz 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çaldı və  tarixi nailiyyətə imza atdılar. Qəhrəman hərbçilərimizin şücaəti hesabına, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına bütün dünya Azərbaycanın qürurlu qələbənə şahid oldu. Vətən müharibəsini hər günündə Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Buna görə də şanlı Ordumuz işğala son qoyaraq torpaqlarımızı yağı düşməndən azad edə bildi.

Vətən müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi öz ordusuna birləşdi və ona dayaq oldu. İnanırıq ki, bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Güclü Ordumuzu Xankəndi və işğalda qalan digər ərazilərimizin qələbəsini görmək diləyi ilə təbrik edirik.

Hər an irəli getmək gücündə olan Ordumuz Gününüz Mübarək olsun!

pia.az 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar