Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK-nın rəsmi təmsilçisi: Qadınsan, get bozbaşını bişir

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Günel Səfərovanın Mərkəzi Seçki Komissiyasına qarşı şikayətinə baxılıb...

PİA.az Aktual.az-a istinadən xəbər verir ki, məhkəmə heç bir araşdırma aparmadan MSK üzvü Ramiz İbrahimovun tovsiyyəsi ilə iddianın təmin olunmaması barədə qərar verib.

Məlumata əsasən, qərar veriləndən sonra namizəd Günel Səfərova MSK üzvünə, "Ramiz müəllim, verilən qərardan vicdanınız rahatdırmı?" sualını ünvanlayıb.

MSK rəsmisi Ramiz İbrahimovun cavabı hamını təəccübləndirib: "Niyə namizəd olmusan? Qadınsan, get bozbaşını bişir".

Günel Səfərovanın reaksiyası isə daha sərt olub: "Saxtakarlıq etməkdənsə, kaş bozbaşı siz bişirərdiniz. Sizin kimi "bozbaşlar" seçkini bu günə qoyub. Siz qadının yerini bozbaş bişirməkdə görürsünüz? Utanmırsınız qadınlara bu cür yanaşırsınız? Axı Vitse-prezident qadındır".

Hətta MSK təmsilçisinin bu cavabı hakimlərin də təəccübünə səbəb olub. Səhv etdiyini anlayan R.İbrahimov dərhal iclas zalını tərk edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar