Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK: Nikol Paşinyan seçkilərin qalibidir - Partiyası seçkilərdə 53,9 % səs alıb - Yenilənib

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyasının ölkədəki seçki məntəqələrinin hamısının hesablanmasından sonra 53,92 % səs topladığı məlum olub.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında bildirilir.

Qeyd edilir ki, Paşinyanın hökuməti formalaşdırması üçün 0,08 səsi çatmayıb.

***

Ermənistanda bu gün yerli vaxtla saat 07:00-a olan məlumata əsasən Mərkəzi Seçki Komisisyası (MSK) dünən keçirilən növbədənkənar parlament seçkilərində səslərin 95,8 %-ni hesablayıb. Bu göstəricilər 2 008 seçki məntəqəsinin 1 945-nin nəticələridir.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

MSK-nın məlumatına görə, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası 54,21 % (661 736 səs) toplayıb. Keçmiş prezident Robert Köçaryanın rəhbəri olduğu "Ermənistan" blokuna isə seçicilərin 20,89 %-i (255 034 nəfər) səs verib.

Seçicilərin 64 131 nəfəri, yaxud 5,25 %-i “Şərəf duyuram” blokuna, 48 645 nəfəri və ya 3,99 %-i “Çiçəklənən Ermənistanı dəstəkləyib.

Ermənistanda növbədənkənar parlament seçkiləri ikinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətdən sonra uzun müddət davam edən daxili ictimai-siyasi böhran fonunda keçirilib. Seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident - atışma qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib. Seçkilərdə qeydə alınmış qanun pozuntuları ilə əlaqədar bir neçə cinayət işi qaldırılıb. Ölkə müxalifəti seçkilərin nəticələri ilə razılaşmadığını bildirib.

Səsvermələr seçki fəallığının aşağı olması ilə seçilib. Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib.

***

Ermənistanda yerli vaxtla saat 06:10-a olan məlumata görə, Mərkəzi Seçki Komissiyası (MSK) dnən keçirilən növbədənkənar parlament seçkilərində səslərin 86,4 %-ni hesablayıb. Bu göstəricilər 2 008 seçki məntəqəsinin 1 808-nin nəticələridir.

Bu barədə "Report" "News.am"a istinadən xəbər verir.

Qeyd edilir ki, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası 55,02 % (605 741 səs) toplayıb. Keçmiş prezident Robert Köçaryanın rəhbəri olduğu "Ermənistan" blokuna isə seçicilərin 20,41 %-i (224 678 nəfər) səs verib.

***

Ermənistanda səslərin 25%-i artıq sayılıb.

“Sputnik” Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, 501 seçki məntəqəsində səslərin sayımı artıq başa çatıb.

Hazırda Paşinyanın “Vətəndaş sazişi” 59%, Koçaryanın “Ermənistan” bloku isə 18% səs toplayıb.

***

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səslərin sayılması prosesi davam edir.

TASS xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyası səsvermənin ilkin nəticələrini açıqlayıb.

Məlumata əsasən, hazırda Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası 58.04% səslə irəlidədir.

Onun başlıca rəqibi Robert Koçaryanın “Ermənistan” bloku isə yalnız səslərin 22.01%-ni qazanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar