Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Mövsümü xəstəliklərlə COVID-19-un oxşarlıqları

Payız fəslinə keçid, havaların getdikcə soyuması mövsümi xəstəliklərin artmasına səbəb olur. Tənəffüs yolu ilə əlaqədar yaranan narahatlıqlar - öskürək, boğaz ağrısı və oxşar problemlərlə üzləşəndə ilk ağla gələn yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma ehtimalıdır. Lakin həmin əlamətlər digər infeksion xəstəliklərlə də əlaqədar ola bilər.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-terapevt Nahid Məhərrəmov deyib: "Yuxarı tənəffüs yollarının iltihab və allergiyası olanlar COVID-19-a yoluxma zamanı qripəbənzər əlamətlərlə üzləşə bilərlər. Qripəbənzər əlamətlər, məsələn, quru öskürək, boğaz ağrısı, ishal, temperatur yüksəlməsi olduqda COVID-dən şübhələnmək olar. Lakin halsızlıq, yorğunluq, təngnəfəslik və temperatur yoxdursa, saturasiya 95-dən yuxarıdırsa, narahatlıq keçirməyə əsas yoxdur".

Qızdırma, öskürək və tənəffüs çətinliyi olanlar mütləq həkimə müraciət etməlidirlər. Lakin immunitetin gücləndirilməsi də vacib məsələdir, bunun ən səmərəli yolu isə düzgün və balanslı qidalanmadır. Payız aylarında C vitamini ilə zəngin qidalara daha çox üstünlük verilməlidir: "Mövsümü xəstəliklərdən qorunmağın ən yaxşı yollarından biri qripə qarşı peyvənd olunmaqdır. Soyuqdəymə və zökəm hallarından qorunmaq üçün isə düzgün qidalanmaq, gündəlik rasiona mövsümə uyğun meyvə və tərəvəzlər daxil etmək və çoxlu maye içmək lazımdır. Gərgin iş rejimindən sonra istirahət etmək də immunitetin artırılmasına səbəb olur", - deyə həkim-terapevt əlavə edib.

Hər gün piyada gəzmək və fiziki fəallıq da immun sistemini gücləndirir. Şəxsi gigiyenaya diqqət yetirmək, maska taxmaq da xəstəliklərdən qoruyan əsas şərtlərdir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Təbrizin yeni fars valisinə "türk şilləsi" – SEPAH generalının təqdimat mərasimində skandal - Video

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

Həyat yoldaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı -Açıqlama

Putin Qazaxın kəndlərini nəzərdə tutur? - Bakı ilə irəvan hansı əraziləri dəyişdirə bilər? - Video

Canəli Əkbərovun evindən görüntülər hər kəsi kövrəltdi - Video

Dünyanın ən bahalı qidası: Kilosu 11 min dollara satılır - Video 

Dostlarının üz döndərdiyi, adı qalmaqallarda hallanan Xalq artisti haqqında bilinməyənlər - Foto

Bədəndəki naməlum ağrıların səbəbi tapıldı

Türkiyəli məşhurlar xəyanətə görə ayrıldı

Ən çox oxunanalar