Cümə axşamı, 23 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Mövlud Çavuşoğlu: "Ən çox ehtiyacımız olan helikopteri Azərbaycan göndərdi"

“Ən çox ehtiyacımız olan tonnajlı su tutan yanğınsöndürən helikopterdir. Azərbaycan sağ olsun, şəxsi heyət, texnika və helikopter göndərdi”.

PİA.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Biz Türkiyə olaraq başqa ölkələrə yardım göstərdiyimiz kimi, başqa ölkələrin də bizə köməyini qəbul edərik. Bu, böyük bir yanğındır. Bir çox qonşu ölkədən, dost və qardaş ölkədən, Avropadan bizi aradılar. Necə yardım edə biləcəklərini soruşdular. Biz də onların nə edə biləcəklərini soruşduq. Əllərində təyyarə və helikopter olan ölkələrdən informasiya alıb Kənd və Meşə Təsərrüfatı Nazirliyinə çatdırdıq. Azərbaycan amfibiya təyyarə göndərdi. Rusiyada da belə təyyarədən tapdıq və və onları satın aldıq. Yunanıstanın xarici işlər naziri mənə zəng elədi. Rumıniya təyyarəsinin olduğunu bildirdi. Araşdırmalar nəticəsində bu təyyarənin uyğun olmadığı müəyyən edildi. Rumıniyaya təşəkkür edirik. Fransa təyyarə göndərməyəcəyini, İspaniya yanğın təhlükəsi olduğunu söylədi. Yəni yardım təkliflərini geri çəkdilər. Yunanıstan hökumətindən Türkiyə səfirliyinə zəng edərək bildiriblər: “Sizə yardımla bağlı təklif etdik. Ancaq bizdə də yanğın olduğu üçün təyyarə göndərə bilmirik”. Yunanıstana təşəkkür edirik”, - o deyib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gənc icra başçısının dəbdəbəli villası – Foto

Amaras məbədində qalmaqal: Rus generalı məbədimizin üzərinə Ermənistan bayrağının asılmasını əmr etdi

Ədliyyə naziri və onun “kasıb” oğlu: vəkilin bu qədər pulu hardandır?

Samir Şərifovun "Qara kassir"i kimdir? – Təbriz Həsənovun dosyesi

Ata dövlətdən oğurlayır, oğul  “dövlətçiliyi” qoruyur?! – Azərbaycan reallığı...

Aleksey Overçukun Ermənistanda verdiyi dəhliz bəyantı... - Rusiyanın ənənəvi siyasəti, yoxsa reallıq?

17 yaşında ərər verilən Fəridənin 12 illik evliliyi qətllə bitdi

Allahşükür Paşazadə İranın ali rəhbərinin nümayəndəsinə cavab verib

Ağdamda müdhiş korrupsiya: İcra başçısı Vaqif Həsənov niyə narahatdır?

Ən çox oxunanalar