Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva və Qərb: 30 il əvvəlki qarşıdurma və nifrət geri qayıdır - Putinin qalası yıxılacaqmı?

Rusiya-Qərb münasibətlərindəki mövcud eniş dövrünün “soyuq müharibə”nin bitməsindən və iki böyük gücün toqquşmasından bəri ən çətin dövr olduğunu desək, heç də şişirtmiş olmarıq. Bu geriləmə də münasibətləri 30 il əvvəlki qarşıdurmaya və nifrətə qaytarır...

İlyas Harfuş
“Şarkul Avsat” qəzeti, 23 aprel 2021-ci il

Leonid Brejnev dövrünün bitməsindən və ABŞ prezidenti Ronald Reyqanın ilk dönəmindən bəri ABŞ-Rusiya (o zaman Sovet İttifaqı) və Rusiya-Qərb münasibətləri heç vaxt bu günkü qədər pisləşməyib. Hətta ABŞ prezidenti Co Bayden Vladimir Putini “qatil” adlandırmaqdan da çəkinmir. Baydenin Milli Təhlükəsizlik Məsləhətçisi Ceyk Sullivan isə Rusiya müxalifət lideri Aleksey Navalnı öləcəyi təqdirdə, bunun ciddi nəticələri olacağını deməklə rəqibini hədələyib. Moskva ilə Qərb ölkələrinin paytaxtları arasında diplomatların qarşılıqlı olaraq deportasiya edilməsi şayiələri də böyüyür. Putin “Qərb qırmızı xətti keçsə, sərt və sürətli bir cavabla qarşılaşacaq” sözləri ilə bu ölkələri hədələyir. Rusiya Müdafiə Naziri də geri çəkilmə prosesinin başladığını elan etməzdən əvvəl Ukrayna ilə sərhəddəki Rusiya əsgərlərinin sayının minlərlə olduğu bəlli idi. Bundan əlavə, Putinin Qərb ölkələrinin sanksiyalarına baxmayaraq, heç bir geri addım atmadığı Krımın ilhaq məsələsi də var.

Bu əsrin əvvəllərində bütün dünya düşünürdü ki, inkişaf etməkdə olan kommunist ideologiyasının çökməsi və Mixail Qorbaçovun Kremlə gəlişi ilə Sovet dövrünün sonu iki beynəlxalq blok arasındakı ideoloji rəqabətin yenidən böyüməsinə mane olacaq. Bundan əlavə, o dövrün bir çox mütəfəkkirləri Fransis Fukuyamanın nəzəriyyəsinə əsasən, “tarixin sonu”nun gəldiyinə inanırdılar.

Bu, son olmadı və Qərbin liberal fikirləri rus qalasına nüfuz edə bilmədi. Rusiyanın Napoleon Bonapart və Adolf Hitlerlə apardığı son iki sərt mübarizəyə əsaslanaraq, iki böyük güc arasında Qərbdən təcavüz təhdidləri barədə gələn tarixi bir xəbərdarlıq nəticəsində güclənən maraqlar toqquşması meydana gəldi. Putinin son çıxışında Qərb ölkələrinin liderlərinə qarşı sərt münasibət göstərməsi bu kontekstdə qiymətləndirilməlidir. Putin Soyuq Müharibənin və iki blok arasındakı siyasi və ideoloji rəqabət dövrünün uşağıdır.

Qərb ölkələrinin liderləri Moskvaya Ukrayna və Belorusiyada olduğu kimi qonşularına hücum etməməsi, Aleksey Navalnıya etdiyi kimi ölkədəki rəqiblərinə qarşı sərt müdaxilə etməməsi və xaricdəki rəqiblərini öldürmək üçün zəhərli qazlardan istifadəni dayandırması barədə xəbərdar etdikdə isə Putin Qərbin bu şəkildə yalnız hərbi və iqtisadi gücünə güvənərək Rusiyanı əzməyə çalışdığını düşünür. Bu səbəbdən, Putin Rusiyanın “qırmızı xətləri”nin keçiləcəyi təqdirdə tez və sərt bir cavab verəcəyini bildirib

Rusiya Prezidenti Qərb təhdidlərinin sadəcə sözdə qalan təhdidlərdən başqa bir şey olmadığını düşünür. Çünki Rusiyadan fərqli olaraq, Qərb hökumətləri böyük böhranlara uzun müddət dözə bilmirlər. Həmçinin, ABŞ-ın Əfqanıstandan çəkilib, buranı Kabildəki mövcudluğunun Əl-Qaidə və 11 Sentyabr hücumlarına yol açan Taliban hərəkatının təsir gücünü bərpa etməsi üçün mümkün bir zəmin yaratması məsələsi də var. Eyni zamanda, ABŞ Suriya müxalifətini dəstəkləməkdən imtina edib, bu ölkəni Türkiyə ilə yanaşı, Rusiyaİran güclərinin meydanı kimi boş buraxmışdı. Bu vəziyyət isə Bəşər Əsəd rejiminin qurtuluşunu təmin edib və Rusiyaya Aralıq dənizinin şərq sahillərində mühüm bir siyasi və iqtisadi rol verib. Bütün bunlara əlavə olaraq, Qərbin dostları və müttəfiqlərinə qarşı izlədiyi ziddiyyətli siyasət Moskvanın bu siyasətlərdən mümkün qədər çox faydalanmasını asanlaşdırır.

Co Bayden Vladimir Putin dövrü ilə də birlikdə yaşamağa çalışan 5-inci ABŞ prezidentidir. Rusiya prezidenti Bill Klinton sənədlərini yığıb Ağ Evdən ayrılmağa hazırlaşarkən Kremlə girmişdi. Dörd ABŞ prezidenti də Klintonun yolunu izlədi. Bu zaman Putin konstitusiya mətnlərinin ona icazə verdiyi dərəcədə prezidentlik və baş nazirlik arasında bu konstitusiya “əngəl” inə son qoyana qədər gedəcək. Putin prezidentlik müddətini 4 ildən 6 ilə ilə artırmaq üçün konstitusiyaya dəyişiklik etmək və ona dəyişikliklərin qüvvəyə mindiyi tarixdən etibarən ardıcıl iki müddət prezident qalmasına imkan vermək üçün referendum keçirib. Bu, o deməkdir ki, Putin 2036-cı ilə qədər hakimiyyətdə qala bilər. Yəni bu baş verərsə, Putin hakimiyyətdə Josef Stalindən daha uzun müddət qalmış olacaq.

Putin çətin coğrafiyası və geniş sərhədi olan Rusiya kimi bir ölkədə hakimiyyəti ələ keçirməyin vacibliyini çox yaxşı başa düşür. Liderlərinin siyasətləri respublikaçı, demokratik, sosialist və liberaldan fəhlə və mühafizəkar siyasətə qədər dəyişən Qərb demokratiyalarının bu cür sabitlik təmin edə bilmədiyini və heç bir liderin ölkəsinin tarixində iz qoymasına imkan verməyəcəyini yaxşı başa düşür. Donald Trump Putinə yaxın idi. Hətta Trampın ABŞ seçkilərində Putinin ən sevimli namizədi olduğu və Trampın müəyyən dəstəklə iki seçki kampaniyasını genişləndirmək üçün kəşfiyyat xidmətlərinin əllərindən gələni etməsinə icazə verildiyi də deyilirdi. Putin Baydenin Ağ Evə girdikdən sonra sələfinin izlərini mümkün qədər çox silmək cəhdini də izləməyə başladı.

Dünyanın ən pis və ən böyük kəşfiyyat birliyinin keçmiş agenti olan Vladimir Putin siyasət dəyişikliyinin bəzən rejimlərin sabitliyini təhdid etdiyini xatırladır. Buna görə də, Demokratik layihəni bəyənmir və küləklərin Kremlin pəncərəsindən içəri süzülməsini heç istəmir.

Vladimir Putin Mixail Qorbaçova qarşı çevrilişin Kommunist Partiyasına nə etdiyini və Qorbaçovun Moskvaya gətirdiyini “Glasnost”un Sovet İttifaqının quruluşunu necə dağıtdığını görüb. Putin Şərqi Berlindəki casusluq vəzifəsindən qayıtmış, çarlıq günlərindən sonra Rusiyanın nüfuzunu və qlobal mövqeyini yaratmağa qərar vermişdi. Beləliklə, bu, Rusiyanın Avropa qitəsinin yarısını idarə etməsinə imkan verən kommunist genişlənməyə səbəb oldu.

ABŞ və onun Qərb müttəfiqləri Sovet İttifaqının dağılmasından və Berlin divarının yıxılmasından sonra Rusiyaya açılmağa çalışdılar. “Ortaq Avropa Evi” adlı layihə çərçivəsində İkinci Dünya Müharibəsindən sonra Yalta sammitində Avropanın bölünməsi ilə birlikdə baş verənlərin əksinə olaraq, Rusiyanın da bir hissəsi olacağı yeni bir Avropa qurmaq fikri ortaya atılıb. Əslində, Yalta zirvəsinin o dövrdə nasist layihəsini pozmaq üçün Qərb gücləri və xüsusən də ABŞ-la ortaq olmasına baxmayaraq, Sovet İttifaqını Dəmir Pərdə arxasında qoydu.

Dediyim kimi, 1990-cı illərin sonlarından bəri körpünün altından çox sular axdı. Bosniya müharibəsinə qarşı sıx əməkdaşlığa və 11 Sentyabr hücumlarından sonra ABŞ-ın Əfqanıstanı istilası dövründəki təsirli əməkdaşlığa baxmayaraq, köhnə tarixi həssaslıqlar yenidən Rusiya siyasətinin istiqamətində rol oynamağa başlamışdı. Rusiya-Qərb münasibətlərindəki mövcud eniş dövrünün “soyuq müharibə”nin bitməsindən və iki böyük gücün toqquşmasından bəri ən çətin dövr olduğunu desək, heç də şişirtmiş olmarıq. Bu geriləmə də münasibətləri 30 il əvvəlki qarşıdurmaya və nifrətə qaytarır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar