Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva və Kiyev arasındakı önəmli adam...

Abramoviç danışıqlar prosesində vasitəçi kimi Putin və Ukrayna üçün məqbul olaraq qalır...

PİA.az xəbər verir ki, bu barədə ABŞ-ın The Wall Street Journal nəşri yazıb.

Qərb hakimiyyəti ümid edirdi ki, Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələri olan məhsuldar danışıqlara şərait yarada bilər. İndi onun rolu o qədər də yüksək qiymətləndirilmir, lakin o, hələ də həm Rusiya, həm də Ukrayna tərəfləri üçün danışıqlarda məqbul vasitəçi hesab olunur, deyə nəşr yazır.

WSJ-ə görə, demək olar ki, bir ildir davam edən hərbi əməliyyatların yaxın gələcəkdə başa çatması gözlənilmir. Bu üzdən də artıq Aİ, ABŞ və Ukrayna səlahiyyətliləri Abramoviçin dialoqun qurulmasında əsas fiqur olması ideyasından imtina etdiklərini iddia edirlər. Bu iş adamının vasitəçiliyi ilə aprel sülh danışıqları uğursuzluğa düçar olduqdan sonra o, əsirlərin dəyişdirilməsi və “taxıl sövdələşməsi”nin icrası da daxil olmaqla, daha kiçik anlaşmalarla məşğul olur.

Ukrayna prezidentinin müşaviri Mixail Podolyak bildirib ki, Abramoviç “bəzi məsələlərə qarışmaq zərurəti yaranarsa, Rusiya və Ukrayna arasında müzakirələrdə müəyyən rol oynaya bilər, lakin onun rolu əvvəlki kimi önəmli deyil”.

Buna baxmayaraq, biznesmen Putin, eləcə də Ukrayna və onun sülh danışıqlarındakı müttəfiqləri üçün məqbul vasitəçi olaraq qalır, deyə WSJ Kremlə yaxın mənbələrə istinadən yazır.

Eyni zamanda WSJ yazır ki, Ukrayna rəsmiləri fevralda ictimaiyyətə təqdim etməyi planlaşdırdıqları sülh danışıqları üçün yeni şərtlər üzərində işləyirlər.

Abramoviçə yaxın adamlar deyirlər ki, o, demək olar ki, bütün vaxtını Ukrayna münaqişəsinə sərf edir. Milyarderin vaxtının çox hissəsini Soçi, İstanbul və Təl-Əvivdə keçirdiyi iddia edilir.

WSJ həmçinin iddia edir ki, fevralın 24-dən sonra iş adamı Putinlə şəxsən görüşüb və onunla bir neçə dəfə telefonla danışıb və guya o, prezident administrasiyasının rəhbəri Anton Vayno ilə əlaqə saxlayır.

“Abramoviç Ukraynanın nöqteyi-nəzərini birbaşa cənab Putinə çatdırır, sonra isə Kremlin nöqteyi-nəzərini birbaşa Kiyevə çatdırır”, deyə mənbələr bildiriblər.

WSJ yazır ki, Abromoviçin dəstəyi ilə bir neçə həftədən bir əsirlərin mübadiləsi aparılır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar