Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva Azərbaycandan nəyin heyfini çıxır? - Və Rusiyadakı həmvətənlərimizi hansı təhlükə gözləyir?

Milli təəssübkeşlikdən, vətəndən ağzı köpüklənə-köpüklənə danışıb da, övladını rus məktəblərinə qoyan ikiüzlü ziyalılar, alimlər, yazıçılar, jurnalistlər isə hələ də burada imperiyanin dayaqlarini gücləndirirlər!

İstər 44 günlük müharibə günlərində, istərsə də müharibədən sonrakı zaman kəsiyində Rusiya Azərbaycana qarşı hansı mövqedə durduğunu nümayiş etdirdi.

Hər zaman Azərbaycandan bəhrələnən və ondan heç bir pislik görməyən Rusiya müharibə dövründə açıq şəkildə Azərbaycana qarşı döyüşmək, dinc əhalini bombalamaq üçün ermənilərə silah-sursat da daxil olmaqla, hər cür dəstək göstərdiyini ölkə başçısı səviyyəsində təsdiqlədi, gecə-gündüz rus telekanalları, qəzetləri, saytları Azərbaycana qarşı çirkin təbliğat kampaniyası apardı və hazırda da aparmaqda davam edir, sonra sülhməramlı adı altında Qarabağa soxuldu, BMT-də Azərbaycana qarşı qətnamə qəbul olunmasına çalışdı, erməniləri qaytarıb Qarabağa yığmağa, onlara “atalıq” etməyə, ev-eşik tikməyə başladı, “sülhməramlıları” hər imkanda özlərini bölgənin ağası və ermənilərin havadarları kimi göstərdi, daha sonra Azərbaycandan gedən meyvə-tərəvəzə qadağa qoydu, gömrükdə süni maneələr yaratdı və hazırda da bu addımlar ölkə iqtisadiyyatına, kənd təsərrüfatına külli miqdarda ziyan vurmaqdadır və sair.

Son olaraqsa 19 yaşlı azərbaycanlı gənci - Vəkil Abdullayevi qətlə yetirən polisin azadlığa buraxılması, ona qarşı cinayət işi qaldıran müstəntiqlərin və həmin gənclə bir yerdə olmuş şəxslərin cəzalandırılması barədə Rusiya İstintaq Komitəsinin sədri, Vladimir Putinin ən yaxın adamlarından olan Aleksandr Bastrıkin səviyyəsində göstiş verildi. 

Bu, hətta dərəbəylik, cəngəllik qanunları ilə idarə olunan Rusiya üçün belə görünməmiş qərardır. Hansı ki, belə qərarları əslində, məhkəmələr verməlidir. Ancaq söhbətin Rusyadan getdiyini unutmayaq. Şübhəsizdir ki, bu, hüquqi deyil, siyasi qərardır və Azərbaycana, azərbaycanlılara qarşı yönəlib. Göz görə-görə, bilərəkdən, nümayişkaranə şəkildə azərbaycanlı gəncin qanı batırılır.


Sözsüz ki, əgər qətlə yetirilən gənc milliyətcə rus, yaxud hansısa bir başqa xarici ölkə vətəndaşı olsaydı, bu dərəcədə açıq qanunsuzluq edilməz, polis azadlığa buraxılmazdı. Yaxud da, təsəvvür edin ki, eyni əməl Azərbaycan polisi tərəfindən hansısa rus vətəndaşa qarşı törədilsəydi, nə baş verərdi...

Azərbaycanın Rusiyadakı səfirliyi bu hadisəylə bağlı ilk gündə cəmi bir dəfə “dejurnı” bəyanat verəndən sonra çəkilib durub kənarda. Dövlət də susub. Sanki səfirin işi Şuşada mahnı oxumaqla bitmiş hesab olunub. Axı, nə bu qətl adi məişət hadisəsidir, nə də bununla bağlı verilən qərar sırf hüquqi qərardır...

Bu hadisə Rusiyadakı həmvətənlərimizlə bağlı olduqca təhlükəli president yarada və onlara qarşı çirkin kampaniyaların başlanmasına, təxribatlara yol aça bilər. Deməli, bu gün azərbaycanlını hansısa “alkaş” polis güllələyib, sonra da azadlıqda qala bilirsə, sabah da sıravi rus vətəndaş eyni əməli törədib, cəzasız qala bilər. Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun bu hadisəyə kəskin reaksiya verməməsi ən azı onun soydaşlarımızın taleyinə laqeyidliyindən xəbər verir... 

Artıq gəncimizi güllələyən polisin ailəsinin guya azərbaycanlılar tərəfindən hədələndiyinə dair təxribat xarakterli şaiyələr yayılır, sosial şəbəkələrdə həmvətənlərimizə qarşı çirkin kampaniyalar aparılır. Öldürülən, qanı batırılan da bizimkilər, haqsız çıxarılanlar da...

Bütün bu yuxarıda qeyd etdiklərimiz Azərbaycana qarşı hərbi, siyasi, iqtisadi və mənəvi təzyiqin, necə deyərlər, hibrid müharibənin elementləridir. Bunun əsas səbəbi isə Rusiya da daxil olmaqla, erməni havadarlarının gözləmədiyi halda, Azərbaycanın Qarabağdakı möhtəşəm qələbəsi, ölkəmizin əzəli və əbədi qardaşı olan Türkiyə ilə yaxınlaşmasıdır.

Rusiya və ermənilərin digər havadarları bizdən Qarabağdakı qələbəmizə görə heyif çıxmaq üçün hələ çox çalışacaqlar. Və bunun üçün Azərbaycanın bütün zəif yerləri hədəfə götürüləcək ki, onlardan biri də Azərbaycanın xaricdəki ən çoxsaylı diasporu olan Rusiyadakı həmvətənlərimizdir. 19 yaşlı gəncimizin heç nədən qətlə yetirilib, nümayişkaranə şəkildə qanının batırılması da bunun bariz nümunəsidir...

Belə görünür ki, Moskvanın bu addımları səbəbindən Azərbaycanda ant-Rusiya meyllərinin artması, insanlarda bu imperiyaya qarşı nifrət yaranması Kremlin heç vecinə də deyil. Bu, bir tərəfdən Rusiya dövlətinin və cəmiyyətinin xislətindən irəli gəlirsə, digər yandan da Azərbaycan və digər bu kimi ölkələrdəki hakimiyyətlərdə, eləcə də cəmiyyətlərdə hər şeyə rəğmən qibləsi Moskvaya olan çoxsaylı “rusbaşlar”ın varlığına və bundan sonra da olacağına inamdan qaynaqlanır. Rusiya bilir ki, burada hakimiyətdəki və hətta müxalifətdəki “hücrələri” istənilən vaxt onun işinə yaraya bilər...

Rusiyanın Azərbaycana münasibəti və son davranışları kontekstində bir məqamı da qeyd etməmək olmur: Təəssüf ki, bu məmləkətdə Azərbaycançılıqdan, milli təəssübkeşlikdən, vətəndən, torpaqdan, şəhiddən və s. ağzı köpüklənə-köpüklənə danışıb da, övladını rus məktəblərinə qoyan və bunu dünya ədəbiyyatına, elminə, incəsənətinə və s. daha asan çıxış üçün etdiklərini bəhanə gətirən ikiüzlü ziyalılar, alimlər, yazıçılar, jurnalistlər və daha kimlər-kimlər var.

Sayları da kifayət qədər çoxdur. Yaxşı, deyək ki, SSRİ dövründə bu dilə və onunla aparılan təhsilə istər-istəməz ehtiyac vardı. Bəs, indi nə baş verir? Bu, dövlətimizə, xalqımıza, torpağımıza, müstəqilliyimizə qənim kəsilən bir imperiyanın burada dayaqlarını gücləndirmək deyilmi?

Bu adamlar əslində, Azərbaycan dövlətçiliyinin, ordusnun, dilinin, cəmiyyətinin, əxlaqının və nəhayət, milli ruhunun gələcəyinə inanmadıqlarını göstərirlər. Onlar bu dövlətin, məmləkətin gələcəyini uğurlu, firavan, möhkəm, müstəqil ölkə kimi görmürlər və bununla da ona mənəvi baxımdan xəyanət etmiş olurlar. Belələri özlərini nə qədər ağıllı saysalar da, əslində, pribaltlar, ukraynalılar, gürcülər, hətta heç ermənilər qədər də öz xalqlarına, vətənlərinə, dillərinə bağlı, müstəqil, azad təfəkkürlü insanlar deyillər...

Anlamırlar ki, 21-ci əsrin Rusiyası elə 18-ci, 19-cu, 20-ci əsrin Rusiyasıdıdr, onun mahiyyətində heç nə dəyişməyib( Bu, həm də rus xalqının özünün bədbəxtliyidir-C.M.). Övladlarını rus məktəblərinə qoyub, onların rus təhsili, dünyagörüşü, həyata baxışı ilə uzağa gedəcəyini düşünən “bizimkilər” əslində, əksər hallarda həm özləri, həm də Azərbaycan üçün bu övladları itirmiş olurlar...

Rusiyadakı həmvətənlərimizə gəlincə, birmənalı olaraq, Azərbaycan dövlətinin öz vətəndaşına sahib çıxması gərəkdir. Zəngin ölkənin vətəndaşı Rusiyaya, yaxud hansısa digər bir ölkəyə tələbə, mütəxəssis, iş adamı, sənətçi, nəhayət, uzağı turist kimi getməlidir – göyərti, meyvə-tərəvəz satmaq, yaxud fəhləlik etmək, yük arabası sürmək üçün, bir sözlə bir tikə çörək dalınca yox!

Cəlal Məmmədov“, AzPolitika.info”

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar