Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moda paytaxtı Milan - Video, Foto

İtaliyanın ikinci böyük şəhəri və Lombardiya regionunun paytaxtı olan Milan yüksək incəsənət mərkəzi sayılır. PİA.az AZƏRTAC-a istinadən bildirir ki, Milan İtaliyanın şimalında, Padana düzündə, Olona və Lambro çaylarının əhatəsində yerləşir, əhalisi 1,3 milyon nəfərdir. Şəhər dəniz səviyyəsindən 100 metr yüksəklikdə yerləşir. Uzun müddət alman dilində "Maylənd" adlanan Milan sözünün mənası latın dilindən tərcümədə "düzənlikdə məskunlaşma" deməkdir. Milan eramızdan əvvəl 6-5-ci əsrlərdə qallar (fransızlar) tərəfindən salınıb. Uzun tarixi boyunca bütün Avropa işğalçıları Milanı idarə ediblər. Milan bir neçə dəfə Böyük Roma İmperiyasının paytaxtı olub. 1157-ci ildə Milan müstəqil olsa da, bu, uzun sürməyib. 1277-ci ildən 1500-cü ilə qədər növbə ilə Milanı Viskont və Sforts sülaləsi idarə edib. Elə bu dövrlərdə də şəhərdə bir sıra abidələr ucaldılıb.

Burada Avropa qotikasının şedevri olan Duomo kilsəsinin şpilləri göylərə ucalır. Duomo kilsəsi Milanın əsas görməli yeridir. Kilsənin tikintisinə 1386-cı ildə başlanılsa da, o 1813-cü ildə başa çatdırılıb. Bura dünyada qotika üslublu ən böyük kilsələrdən biridir.

Köhnə şəhərin mərkəzində yerləşən Sforza qalası XV əsrdə tikilib. XIX əsrin əvvəllərində dağıdılan qala 1891-1905-ci illərdə Luka Beltraminin göstərişi ilə yenidən inşa edilib. Burada müxtəlif mövzulara həsr olunmuş muzeylər fəaliyyət göstərir.

Şəhərin Naviqli bölgəsi kiçik Venesiyaya bənzəyir. Buradakı kanalların ümumi uzunluğu 150 kilometrə çatır. Şəhər ətrafındakı göl və çaylarla birləşən bu şəbəkədəki ilk kanal 1179-cu ildə Milan hersoqu Lüdoviko Sforzanın xahişi ilə çəkilib.

Turistlərin görüş yeri olan Duomo meydanının mərkəzində isə Erkole Roza tərəfindən inşa edilmiş Viktor Emmanuel abidəsi, eləcə də V.Emmanuel qalereyası yerləşir. Viktor Emmanuel qalereyası zəfər tağı motivli girişlə başlanır və getdikcə şüşəli küçələrlə davam edir. Hazırda bu qalereya şəhərin mədəni həyatının mərkəzi hesab olunur. Burada məşhur brendlərin mağazaları, kafe və restoranlar yerləşir.

Milanda Leonardo Da Vinçinin qiymətli əsəri olan "Sirli şam yeməyi" saxlanılır. Məşhur La Skala teatrı burada yerləşir.

Moda paytaxtı olan Milan italyanları və xariciləri öz məşhur tədbirləri - moda nümayişləri, müxtəlif sərgilər, çoxsaylı idman və mədəni hadisələrlə cəlb edir. Milan əsl moda mərkəzidir. Dəbdəbəli Milan Armani və Versaçi kimi dünya şöhrətli dizaynerlərin vətənidir. Buradakı iri moda evləri, mağazalar, outletlər bütün Avropadan şəhərə alıcı cəlb edir. Moda həvəskarları buraya ildə iki dəfə - yayda və qışda gəlirlər.

İtaliyanın işgüzar və sənaye mərkəzi sayılan şəhərdə iri monopoliyalar, banklar, birjalar fəaliyyət göstərir. Milanda il ərzində dünyanın sənaye sərgiləri təşkil olunur.

Milanda ən böyük beynəlxalq hava limanı - Malpens yerləşir. İtaliyada ən yaxşı metro və dəmir yolu kommunikasiyası da buradadır. Milan İtaliyanın ən böyük avtomobil magistralı qovşağı sayılır. "Milano Centrale" 1931-ci ildə tikilib və Avropanın ən böyük dəmir yolu vağzallarından sayılır. Vağzal Art Deco üslubunda inşa edilib. Milan, həmçinin Avropada böyük tramvay və trolleybus şəbəkəsinə malikdir. (Milli.Az)

Fotolar

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar