Çərşənbə, 01 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

MM sədri: “Azərbaycan pandemiya ilə mübarizə üçün 4 ölkəyə 150 min doza peyvənd ianə göndərib”

Azərbaycan pandemiya ilə mübarizə üçün 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan 4 ölkəyə 150 min doza peyvənd ianə göndərib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Parlament Sədrlərinin Avropa Konfransında çıxışında deyib.

Sədr qlobal səhiyyə böhranı zamanı "peyvənd millətçiliyi"nin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb: “Biz Avropa Şurasının üzvləri olaraq, bəzi ölkələrin ehtiyaclarından qat-qat artıq peyvənd tədarük etməsinin qarşısını almağa çalışmalıyıq. Azərbaycan bu məsələni gündəmdə saxlamaq məqsədi ilə BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər çıxışının təmin edilməsinə dair qətnamə layihəsi irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib”.

Sahibə Qafarova deyib ki, beynəlxalq hesabatlara görə, dünyanın peyvənd dozalarının 75 faizindən çoxu bir neçə inkişaf etmiş ölkə tərəfindən alınsa da, aşağı gəlirli ölkələrdə peyvəndlə təminat 2 faizdən azdır. Şübhəsiz ki, bu fakt inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrin əhalisini qorumaq imkanlarını məhdudlaşdırır”.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan dünyanın pandemiyadan daha tez və daha az itkilərlə xilas olması üçün qlobal tədbirlərə dair tövsiyələr verə biləcək BMT-nin Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını məqsədəuyğun hesab edir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var - Video

Bakıda vəzifəli qadını evə salıb təcavüz etdilər

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi 

Rusiya Qarabağ münaqişəsini həll etməyəcək - Pol Qoblun Soçi görüşü haqqında şərhi

Səttar Möhbalıyevə sual: O, Həmkarlar İttifaqının sədridir, yoxsa işçilərin haqqlarını “yeyən” məmur? - Video

General Vəli Ələsgərov həbsxanada ölübmü... - İki gündür xəbər yayılıb, amma rəsmi instansiyalar şərh etmir

DSX: "Helikopter qəzası nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb"

Müharibə əleyhdarları Ermənistandan qaçır - Paşinyan terror təhdidi ilə üz-üzə

“Mövlam Şıxəliyev MTN təcridxanasını zindana çevirib sahibkarları soyurdu” - zərərçəkən

Helikopterin qəzaya uğradığı ərazinin görüntüləri - Fotoreportaj

Ən çox oxunanalar