Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MM-in komitə sədri: "Fransa Prezidenti və parlamenti, həddinizi aşmayın!"

"Fransa Prezidenti və parlamenti, həddinizi aşmayın!"

PİA.az xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin dekabrın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Fransa hər zaman ikiüzlülük edib: “Qətnamənin mətnini oxuyanda müşahidə etdim ki, mətn kopyalanmadır. Otuz il ərzində ermənilər işğal etdikləri ərazilərdə daş üstündə daş qoymayıblar. Qarabağda hansı erməni abidəsi var? Təhlükəsizlik məsələsindən danışırlar. Otuz ildə 1 milyon qaçqınımız və köçkünümüz oldu. Niyə onların hüquqları ilə bağlı səs qaldırmadılar? Budur sizin demokratiya?!”

Z.Əsgərov əlavə edib ki, Fransa bu günə qədər 5 respublika qurub, amma içini düzəldə bilmədi: “Yenə düşmənçilik, islamafobiya, türkofobiya, antisemitizm. Niyə qoymursunuz, Ermənistanla Azərbaycan arasında sülh danışıqları davam etsin? Nədir məqsədiniz? Bir öz tarixinizə baxın. Azərbaycanı tarixi abidəri dağıtmaqda günahlandırırlar. Hamısı böhtan, yalandır. Vyetnamdan tutmuş Afrikaya qədər 50 ölkəni işğal ediblər. Fransa rəsmi olaraq Afrikanın 14 ölkəsindən öz dövlət büdcəsinə vergi vermələrini məcbur edir. Budur ədalət? Bilin və agah olun, həddinizi aşmayın, Fransa Prezidenti və parlamenti. Bilin ki, Qarabağ Azərbaycandır!”

Spiker Sahibə Qafarova isə qeyd edib ki, azərbaycanlılar heç bir tarixi abidəni dağıtmayıb: “Azərbaycanlılar 30 il orda olmayıblarsa necə dağıda bilərdilər?!”

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar