Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mixeil Saakaşvilinin müalicə aldığı xəstəxanadan fotoları paylaşılıb

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin Tbilisidə müalicə aldığı klinikadan fotolar paylaşılıb...

APA-nın Tbilisi müxbiri xəbər verir ki, “Formula” televiziya kanalının paylaşdığı fotolarda sabiq Prezident halsız və zəifləmiş görünür. Məlumatda fotoların 1 ay əvvəl çəkildiyi və bu müddətdə Mixeil Saakaşvilinin daha 10 kiloqram çəki itirdiyi qeyd olunub.

Xatırladaq ki, Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili 2021-ci ilin oktyabrından həbsdədir. O, səhhətində yaranmış problemlərlə əlaqədar uzun müddətdir Tbilisidəki klinikalardan birində müalicə alır. Sürətlə çəki itirdiyi bildirilən Saakaşvili səhhətindəki problemlərlə əlaqədar məhkəmə dinləmələrində iştirak edə bilmir. Sabiq Prezidentin ailə üzvləri və vəkilləri onun civə və arsen kimi maddələrlə zəhərlənməsinə dair iddialar səsləndiriblər. Saakaşvilidən götürlən saç və dırnaq nümunələrində sözügedən maddələrin aşkarlandığı bildirilib. Tərəfdarları onun müalicə üçün xaricə göndərilməsini tələb etsələr də, hakimiyyət nümayəndələri belə bir addımın Saakaşvilinin azadlığa buraxılması anlamına gələcəyini, bu səbəbədən belə bir güzəştə razı olmayacaqlarını bildirirlər.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar