Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Misir küçə gəzintilərindən qurtulmaq niyyətindədir

Misirin Turizm naziri Xalid əl-Anani, ölkəyə həm turoperatorlar, həm də fərdi olaraq gələn bütün turistlər üçün ekskursiya səfərlərinin təşkilini tənzimləyən fərman imzalayıb. Sənəd 2021-ci ilin noyabrından qüvvəyə minir.

PİA.az aviatravel.az-a istinadən bildirir ki, fərman, 2014-cü ildə turist qrupları üçün səyahət icazələri haqqında qəbul edilmiş qaydalara dəyişiklikləri nəzərdə tutur və bu səfərlərin təşkili üçün sərtləri, mexanizmi göstərir.

Agentliyin açıqlamasında deyilir ki, yeni düzəlişlər turizm sənayesinin qorunmasına və Misirin təhlükəsiz səyahət yeri kimi nüfuzunun qorunmasına kömək edəcək.

Xüsusilə, turist səfərləri nazirlik tərəfindən lisenziyalı nəqliyyat vasitələrində, habelə sertifikatlaşdırılmış bələdçi və ya turizm şirkətinin nümayəndəsi tərəfindən həyata keçirilməlidir.

Qərara görə, səlahiyyəti olmayan turizm şirkətlərinə hər hansı səyahət satışı etmək, bu işdə vasitəçi kimi iştirak etmək, səyahətləri təşkil etmək və ya keçirmək qadağandır.

Gəzintini həyata keçirən turizm şirkəti, ekskursiyadan əvvəl turizm agentliklərinə və nazirliyə məlumat verməlidir və bununla bağlı turist qarşısında mülki və cinayət məsuliyyəti daşıyır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar