Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirzoyan Zəngəzur dəhlizi açılmayacaq deyib... - Bu bəyanat nəyə hesablanıb?

Brüssel sammiti qarşısında Yeravanın yenidən gərginliyi artıracaq ritorika ilə çıxış etməsini necə dəyərləndirmək olar?..

Politoloq: “Zəngəzur dəhlizi ilə əlaqədar AzərbaycanErmənistanın diametral əks yanaşmaları var”.

Ermənistan bəyan edir ki, Azərbaycanın irəli sürüdüyü kimi Zəngəzur dəhlizinin açılması onun ərazisinin bir hissəsi üzərində suverenliyinin itirilməsi demək olacaq. Ermənistan bu məsələdə üzərinə götürdüyü öhdəlikdən yayınmağa çalışır”.

Bu sözləri politoloq Zaur İbrahimli Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın Zəngəzur dəhlizi haqqında dediklərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan Fransanın nüfuzlu “Fiqaro” qəzetinə müsahibəsində deyib ki, “Zəngəzur dəhlizi ümumiyyətlə müzakirə mövzusu ola bilməz”. Mirzoyanın sözlərinə görə dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq tranzitə icazə verə bilərlər. Bölgədəki bütün kommunikasiyalar bu prinsipə söykənərək yenidən açılmalıdır.

AzərbaycanErmənistan liderlərinin Brüssel sammiti qarşısında Yeravanın yenidən gərginliyi artıracaq ritorika ilə çıxış etməsini necə dəyərləndirmək olar? Bu bəyanat daxili auditoriyaya ünvanlaıb, yoxsa Ermənistanın liderlərin görüşü öncəsi yenidən sərt ritorikaya müraciət etməsi Yeravanın sülhdən qaçmasına hesablanıb?

Ermənistanın növbəti sərt ritorikasını PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Ermənistanın xarici işlər nazirinin bəyanatı Brüssel danışıqları ərəfəsində rəsmi İrəvanın öz mövqelərini qoruyacağı ilə bağlı daha çox daxili auditoriyaya verilən mesajdır”.

Ermənsitan tərəfindən bu cür bəyanatların səslənməsi konstruktiv müzakirələrə mane olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, ermənilərin hər dəfə olduğu kimi danışıqlardan əvvəl maksimalist tələblərlə çıxış etməsi də, razılıq əldə edilməsi ilə bağlı mövcud zəminləri zədələyir:

“Zəngəzur dəhlizi ilə əlaqədar AzərbaycanErmənistanın diametral əks yanaşmaları var. Rəsmi Bakı Azərbaycan, Rusiya, Ermənistanın imzaladığı 10 noyabr Bəyanatınnın 9-cu bəndinə istinad edərək Naxçıvanla nəqliyyat əlaqəsini təmin edəcək nəqliyyat dəhlizinin yaradılmasını tələb edir. Rəsmi Bakı bunu 10 noyabr Bəyanatının Ermənistan üçün yaratdığı öhdəlik kimi irəli sürür. Rəsmi Bakının yanaşmasına görə nəqliyyat dəhlizi üzrə hərəkət 10 noyabr Bəyanatında nəzərdə tutulduğu kimi maneəsiz olmalıdır. Ermənistan buna təmiant verməlidir.

Ermənistan isə Naxçıvanla tranzit əlaqəsinin yaradılmasını müzakirə etmək niyyətindədir. Ermənistan bəyan edir ki, Azərbaycanın irəli sürüdüyü kimi Zəngəzur dəhlizinin açılması onun ərazisinin bir hissəsi üzərində suverenliyinin itirilməsi demək olacaq. Ermənistan bu məsələdə üzərinə götürdüyü öhdəlikdən yayınmağa çalışır. 10 noyabr Bəyanatınd a “Laçın dəhlizi” ifadəsi işlədilib və qeyd edilir ki, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

Zaur İbrahimli: “Rəsmi Bakının yanaşmasına görə nəqliyyat dəhlizi üzrə hərəkət 10 noyabr Bəyanatında nəzərdə tutulduğu kimi maneəsiz olmalıdır. Ermənistan buna təmiant verməlidir”.

Deməli, 10 noyabr Bəyanatında qeyd edildiyi kimi “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir” öhdəliyi dəhlizin yaradılmasını nəzərdə tutur.

Ermənistanın xarici işlər nazirinin bəyanatı Brüssel danışıqları ərəfəsində rəsmi İrəvanın öz mövqelərini qoruyacağı ilə bağlı daha çox daxili auditoriyaya verilən mesajdır. Həmçinin ermənilər indidən bu məsələdə sərt bəyanatlar verməklə əlavə sövdələşmə imkanları yaratmağa çalışırlar. Ermənsitan tərəfindən bu cür bəyanatların səslənməsi əlbətdə ki, konstruktiv müzakirələrə mane olur. Ermənilərin hər dəfə olduğu kimi danışıqlardan əvvəl maksimalist tələblərlə çıxış etməsi də razılıq əldə edilməsi ilə bağlı mövcud zəminləri zədələyir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar