Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mincivan dəmir yolunda baş verən oğurluqlar və şərlənərək təhqir və təhdid olunan müharibə iştirakçısı...

Teymur Yusifov tabeliyində olan Bayraməli Mirzəyevdən cəbhə bölgəsindəki dəmir yollarının relslərinin çıxarılaraq doğranmasını və satılaraq, pulunun ona verilməsini də istəyib...

“Xəlil Alışov və Teymur Yusifov həmin dövrdə cəbhə bölgəsindəki dəmir yollarının böyük əksəriyyəini sökərək relsləri satıblar. Bayraməli Mirzəyev qeyd edir ki, bununla bağlı onda çox saylı sübutlar var və istənilən halda bu şəbəkənin əməllərini sübut edə bilər”.

PİA.az xəbər verir ki, bu sözlərin “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin 9 saylı Mincivan Yol Sahəsinin 3 nömrəli Horadiz məntəqəsinin sabiq yol ustası deyib.

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 38 illik əmək fəaliyyəti olan, I Qarabağ müharibəsi iştirakçısı, İnfrastruktur Departamentində 9 saylı Mincivan Yol Sahəsinin 3 nömrəli Horadiz məntəqəsində yol ustası vəzifəsində çalışan və 2019-cu ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən azad olunan Mirzəyev Bayraməli Mikayıl oğlu redaksiyamıza müraciət edib.

Bayraməli Mirzəyev bildirir ki, “Azərbaycan Dəmir Yolları” QSC-də 38 illik əmək fəaliyyti dövründə heç bir inzibati cəza almayıb, göstərdiyi qüsursuz əmək fəaliyyətinə görə fəxri ada layiq görülüb. 2018-ci ildən sonra isə ona qarşı rəhbərlik tərəfindən müxtəlif təztiqlər olunub.

Belə ki, 9 saylı Mincivan Yol Sahəsinə yeni təyin olunan sahə rəisi ondan Teymur Yusifov pul tələb etməyə başlayıb. Sahə rəisi öz tələbini onunla əlaqələndirib ki, o, daşıdığı vəzifəyə təyinat almaq üşün o zaman “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifəsini daşıyan Hicran Valehova 30 min manat verib və bu “xərcin” yerini doldurmaqla yanaşı, eyni zamanda əlavə qazanc da əldə etməlidir. Qeyd edək ki, Hicran Valehov hazırda müvəqqəti olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsini icra edir.

Bayraməli Mirzəyev iddia edir ki, sahə rəisi Teymur Yusifov ondan işçilərin işə gəlməməsini, onların maaşını isə ona verilməsini tələb edib. Bundan başqa Yusifov tabeliyində olan Bayraməli Mirzəyevdən cəbhə bölgəsindəki dəmir yollarının relslərinin çıxarılaraq doğranmasını və satılaraq, pulunun ona verilməsini də istəyib.

Bayraməli Mirzəyev 9 saylı Mincivan Yol Sahəsinin rəisi Teymur Yusifovun bu qanunsuz və cinayət tərkibli tələblərini rədd etdikdə isə təzyiqlərə məruz qalıb. Mirzəyev deyir ki, o, Teymur Yusifovun tələblərini yerinə yetirə bilməzdi, çünki bu həm qanuna zidd əməl idi, həm də qorxurmuş ki, sonradan Teymur Yusifov bunu əlində əsas tutaraq onu işdən çıxarar. Bu qorxuya səbəb isə Teymur Yusifovun başqasından pul alaraq onun yerinə işə alma qorxusu olub. Elə qorxduğu da başına gəlib.

Teymur Yusifov ona tez-tez “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin Xidmət rəisi Xəlil Alışovun adından cəbhə bölgəsindəki relsləri söküb doğramağı tapşırıb. Lakin Bayraməli Mirzəyev bu tapşırıqlardan imtina etdiyi üçün davamlı olaraq gözümçıxdıya salınıb. Buna baxmayaraq Xəlil Alışov və Teymur Yusifov həmin dövrdə cəbhə bölgəsindəki dəmir yollarının böyük əksəriyyəini sökərək relsləri satıblar. Bayraməli Mirzəyev qeyd edir ki, bununla bağlı onda çox saylı sübutlar var və istənilən halda bu şəbəkənin əməllərini sübut edə bilər.

Qeyd edək ki, şikayətçinin sözlərinə görə cəbhə bölgəsində relslərin kütləvi şəkildə sökülərək satılması Cavid Qurbanovun quruma rəhbərliyi dönəminə təsadüf edib və bütün bu baş verənlərdən haxırda qurumun sədr vəzifəsini icra edən Hicran Vəliyev də məlumatlı olub.

Bayraməli Mirzəyev bildirir ki, 12 fevral 2019-cu ildə gecə saatlarında ona “Azərbaycan Dəmir Yolları” QSC-nin Horadiz- Mincivan dəmir yolunun 205-ci km-də 25 metr relsin kəsilməsi ilə bağlı məlumat verilib. Qeyd edək ki, həmin ərazi döyüş bölgəsində olduğu üçün dəmir yolu işlək olmayıb. Ərazinin döyüş bölgəsində olması səbəbi ilə gecə saatında Bayraməli Mirzəyev əraziyə gedə bilməyib. Səhəırisi gün isə ərazini su basdığı üçün əraziyə baxış keçirə bilməyib. Yalnız ikinci gün əraziyə baxış keçirilirkən məlumat öz təsdiqini tapıb. Bundan sonra Bayraməli Mirzəyev polisə müraciət edib və ərazinin yaxınlığında relsi doğrayan oğrular yaxalanıb. Bundan sonra isə 9 saylı Mincivan Yol Sahəsinin rəisi Teymur Yusifov onu oğrularla əlbir olmaqda ittiham edib. Lakin ittiham öz təsdiqini tapmayıb. Aparılan araşdırma sonucunda oğruların Bayraməli Mirzəyevlə əlaqəli olmadıqları üzə çıxıb.

Bir müddət sonra isə 9 saylı Mincivan Yol Sahəsinin rəisi Teymur Yusifov öz işçisini yenidən oğurluqda ittiham edib. Belə ki, 1993-cü ildə sonra cəbhə bölgəsində dəmiryollarında istifadə edilən apparellər 9 saylı Mincivan stansiyasında toplanıb. Apparellərin sayı və miqdarı heç vaxt sənədləşdirilməyib və onlara görə də heç kim məsuliyyət daşımayıb. Bayraməli Mirzəyev məzuniyyətdə olduğu zaman tarktor stansiyada iş apararkən torpağın altından dəmir apparellər aşkarlanıb. Buna görə də Teymur Yusifov yenidən Bayraməli Mirzəyevi ittiham edib. Çünki Bayraməli Mirzəyev stansiyanın həyətindəki barakda yaşayıb. Tapılan dəmir apparellərə görə Teymur Yusifov Bayraməli Mirzəyevi 2019-cu il aprelin 3-də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən azad edib.

Fotolar

Əsassız və sübutsuz olaraq işdən azad edilən Bayraməli Mirzəyev hüquqlarının qorunması məqsədi ilə məhkəməyə müraciət edib . Eyni zamanda Teymur Yusifovun başçılığı ilə isə 9 saylı Mincivan Yol Sahəsində baş verən oğurluqlarla bağlı prokurorluğa müraciət edib.

Bundan sonra isə Bayraməli Mirzəyev yenidən işinə bərpa olunub. Lakin onun yerinə yeni sahə ustası işə alındığına görə, sahə iki yerə bölünüb və o, Bakıda dəmir yolllarının inşası ilə məşğul olub. Müqavilə əasında işə bərpa edilirkən Bayraməli Mirzəyevə bildirilib ki, qanunsuz yerə işdən azad olunduğu və işsiz qaldığı müddətin də maaşları ödəniləcək. Ancaq ona ödəniş olunmayıb. Bayraməli bununla bağlı narazılığını dilə gətirəndə onu yenidən Horadizə yollayıblar. Bir müddət sonra isə Teymur Yusifov ona zəng edərək tapşırıq verib ki, Cocuq Mərcanlıda olan 30 relsi söküb Horadizə gətirsin. Teymur Yusifov qeyd edib ki, bu “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin Xidmət rəisi Xəlil Alışovun tapşırığıdır. Ona qarşı yeni bir oyunun qurulduğundan şübhələnən Bayraməli Mirzəyev məsələ ilə bağlı rəhbərliyə məlumat verib və bundan sonra Teymur Yusifov zəng edərək onu ağır şəkildə təhqir və təhdid edib.

Bayraməli Mirzəyevin bizə təqdim etdiyi səs yazısınndan da görünür ki, Teymur Yusifov tabeleyində olan işçiyə qarşı ağır söyüşlər işlədir və hətta onu həyatı ilə təhdid etməkdən belə çəkinmir.

Bundan sonra isə Bayaməli Mirzəyev yenidən işdən azad olunub və hazırda o, məhkəmələrdə öz hüququnun bərpa olunması ilə məşğuldur.

Qeyd edək ki, PİA.az Bayaməli Mirzəyevin şərlənərək qanunsuz şəkildə işdən azad olunması ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğ yollayıb və xahiş edilib ki, məsələ araşdırılsın. Qurumdan bizə bildiriblər ki, müraciətimiz müvafiq şöbəyə yönləndirilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən cavab aldıqdan sonra, həmin cavabı oxucularımızın diqqətinə çatdıracağıq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar