Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mina təhlükəsizliyinə dair təlimlərə başlandı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə iyunun 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə başlanılıb.

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirildiyi üçün təlimlərə, ilk növbədə, məcburi köçkün məktəblilər cəlb ediliblər. AzQAC-ın və BQXK-nın yüksək ixtisaslı təlimçiləri onlara mina təhlükəsindən qorunmağın, risklərdən uzaq olmağın vacibliyini simulyativ oyunlarla izah edib, konkret situasiyalarda təhlükəsiz davranışın üsul və qaydalarını öyrədiblər.

Təlimləri uğurla başa çatdıran məktəblilərə Qobu park yaşayış kompleksində yerləşən “Xarı Bülbül” sənət mərkəzində çalışan məcburi köçkünlər tərəfindən hazırlanmış hədiyyələr təqdim edilib.

Mina təhlükəsinə qarşı müdafiə təlimləri iyunun 2-də Tərtər, iyunun 3-də Füzuli rayonlarında davam etdiriləcək. Təlimlərə müxtəlif yaş və peşə kateqoriyaları üzrə seçilmiş əhali qrupları cəlb ediləcək. Üç sessiyadan ibarət olacaq hər bir təlimin iştirakçıları risklər və təhlükəsiz davranış haqqında maarifləndiriləcək, onlara fərqli mina növləri, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular barədə məlumat veriləcək, minalardan və müharibənin partlayıcı qalıqlarından qorunmaq qaydaları öyrədiləcək.

Xatırladaq ki, Dövlət Komitəsi 2019-cu ilin aprel və sentyabr aylarında Qarabağın işğaldan azad edilmiş ərazisində, hazırda Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində, 2020-ci ilin sentyabr ayında isə Ağdam rayonunun Quzanlı qəsəbəsində ilk yardım göstərilməsi üzrə təlimlər təşkil edib. Maarifləndirici xarakter daşıyan, praktiki məşğələlərdən ibarət olan və iştirakçılar tərəfindən müsbət qarşılanan mülki müdafiə təlimlərinin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar