Cümə axşamı, 01 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyarder Əhmədov hansı generalların səsini yazıb? - Adlar bəlli oldu

Azərbaycanlı milyarder, Rusiya Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədov ətrafında qalmaqal getdikcə daha ciddi xarakter almağa başlayır.

Əgər ilk günlər onun saxlanılması, obyektlərində axtarış aparılması və DTX tərəfindən dindirilməsi barədə söhbətlər gedirdisə, hazırda milyarderin ünvanına olduqca ciddi və konkret ittihamlar irəli sürülür.

Belə ki, o, hansısa biznes məsələsi və ya iqtisadi cinayətlərə görə deyil, daha ağır cinayətdə - Azərbaycanda Rusiyanın xeyrinə casusluq fəaliyyətində günahlandırılır. Qeyd olunur ki, Fərhad Əhmədov Azərbaycan Silahlı Qüvvələrində yüksək vəzifə tutan zabitlərin danışıqlarını gizli şəkildə qeydə aldırıb.

Bəs, Fərhad Əhmədov bu danışıqları necə lentə aldırıb? Söhbət hansı ali rütbəli sabitlərdən gedir?

Bakupost.az rəsmi dairələrə yaxın informasiya qaynaqlarına istinadən xəbər verir ki, Fərhad Əhmədovun Azərbaycan Silahlı Qüvvələrinin ali komandanlığı ilə əlaqəli informasiya şəbəkəsi yaratdığı bildirilir.

Onun yaxın keçmişdə Azərbaycanın ordu komandanlığında yüksək vəzifələrdə çalışmış aşağıdakı şəxslərin konfidensial danışıqlarının audioyazısını apardığı bildirilir:

1) Rövşən Əkbərov

1965-ci ildə anadan olub, general-leytenantdır. Naxçıvanski adına Əlahiddə Ümumqoşun Məktəbi, Kiyev Ali Ümumqoşun Komandanlıq Məktəbi, eləcə də Ukrayna Hərbi Akademiyasında təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrində sonuncu vəzifəsi 4-cü Bakı Korpusunun komandiri olub. 2011-ci ildən korpus komandiri olan Rövşən Əkbərov 2020-ci ildə vəzifədən uzaqlaşdırılıb. 2021-ci il martın 16-da həbs olunan general Əkbərov Ukrayna ərazisində iş adamı Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunub və həmin il oktyabrın 27-də 10 il həbs cəzası alıb.

2) Vahid Əliyev

1969-cu ildə anadan olub, general-leytenantdır. Naxçıvanski adına Əlahiddə Ümumqoşun Məktəbini və Andropov adına Leninqrad Hərbi-Siyasi Akademiyasını bitirib. 1990-1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Xüsusi təyinatlı alayında xidmət edib. 2002-2017-ci illərdə müdafiə məsələləri üzrə Azərbaycan prezidentinin köməkçisi, eyni zamanda 2012-ci ildən 2017-ci ilə qədər Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.

3) Hikmət Həsənov

1975-ci ildə anadan olub, general-mayordur. İngilis, türk, fars və erməni dillərində sərbəst danışır. 2003-cü ildə Çin Xalq Respublikasının Xalq-Azadlıq ordusu Quru Qoşunları Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə Almaniyada NATO-nun əməliyyat planlaşdırılması kursunu başa vurub, həmçinin NATO-nun Əməliyyat Qərargahında təcrübə keçib. 28 dekabr 2014-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Birinci Ordu Korpusunun komandiri təyin edilib. 2016-cı ilin aprel ayında Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələrinə komandanlıq edib. 2020-ci ildə İkinci Qarabağ müharibəsində iştirak edib. 2021-ci il avqustun 3-də tutduğu vəzifədən uzaqlaşdırılıb.

4) Babək Samidli

1974-cü ildə anadan olub, polkovnik idi. Naxçıvanski adına Əlahiddə Ümumqoşun Məktəbini, 1997-ci ildə isə Türkiyə Quru Qoşunları Məktəbini bitirib. Türkiyə Silahlı Qüvvələrinin tərkibində hərbi təcrübə keçib. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Birinci Ordu Korpusunun Əməliyyat İdarəsinin rəisi vəzifəsində (H.Həsənovun komandanlığı altında) Qarabağda döyüş əməliyyatlarında və İkinci Qarabağ müharibəsində iştirak edib. 2020-ci ildə Birinci Ordu Korpusu komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini təyin edilib. 23 noyabr 2020-ci ildə müharibə bitdikdən iki həftə sonra mina partlaması nəticəsində həlak olub.

Göründüyü kimi, sadalanan şəxslərdən 3-ü 2000-ci illərin sonuna qədər ölkənin ən elit hərbi təhsil ocağı sayılan Naxçıvanski adına Əlahiddə Ümumqoşun Məktəbini bitirib. Bundan əlavə onların hər biri xaricdə (Ukrayna, Rusiya, Çin, Türkiyə) əlavə hərbi təhsil alıb. Siyahıdakılardan 3 nəfər 2020-2021-ci ilə qədər yüksək ordu komandanlığının tərkibində olub.

Həmçinin sadalanan şəxslərlə İkinci Qarabağ müharibəsi başlayandan az sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılan Nəcməddin Sadıqov arasında əlaqə olub.

N.Sadıqovun Rusiyanın adamı olması, ona qarşı rəsmi Moskvanın xeyrinə casusluq etməsi ittihamı hər kəsə bəllidir.

Rusiyalı milyarderin yüksək vəzifə tutan 3 general və 1 polkovnikin danışıqlarının audioyazısını aparması isə əlbəttə, hansısa biznes maraqlarından irəli gələ bilməz. Nəzərə alsaq ki, həmin zabitlər ordu rəhbərliyində yüksək vəzifə tutub və bir çox məxfi məlumatlara malik olublar, onda Əhmədovun əməlinin səbəbi ilə bağlı yalnız bir versiya irəli sürmək olar: Milyarder məxfi məlumatları digər ölkəyə - Rusiyaya ötürmək üçün əldə edib.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vahid Əhmədov: "Vasif Talıbov həbs olunmalı, hər şeyi əlindən alınmalıdır" - Video

Prezidentin bibisi oğlu barda prokurorun başına butulka ilə vurdu, konsern rəhbərliyindən qovuldu…

Bu qidaları yeyən oğlanlar qız kimi olur - Siyahı

Bu qidaları yeyən oğlanlar qız kimi olur - Siyahı

Polis Elza Seyidcahanın maşınını əlindən aldı

Buzovnadakı dəhşətli qətlin tək şahidi danışdı - Foto

Rusiyada Putinin xələfi ilə bağlı mübahisələr - Kudrin prezidentliyə doğru gedir?..

Qarabağa qanunsuz buraxılan xaricilər kimdir? - Sülhməramlılardan daha bir özbaşınalıq

Vasif Talıbovun qardaşından açıqlama: “Bunu məqsədli şəkildə yazırlar” - Foto

Ən çox oxunanalar