Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Şuranın daha bir skandal videosu: "Bir millət ki, "Eşkiya dünyaya hökümdar olmaz"a baxır..."

Milli Şura rəhbərlərinin daxili müzakirələrini özündə əks etdirən video-parçalardan daha biri ictimailəşdirilib...

Bunu kimin, yaxıd kimlərin etdiyi bəlli deyil. Lakin bu video-parçalar hər dəfəsində ölkə ictimaiyyətini və müxalifət düşərgəsini silkələyir. İctimaiyyət və müxalifət düşərgəsi şokdadır - Milli Şura və AXCP rəhbərləri öz aralarında apardıqları müzakirələrdə sən demə küçə ifadələri, təhqiramiz sözlər, söyüşlər işlədir, cəmiyyətin tanınan ziyalılarını, mühacirləri, müttəfiq partiyaları və hətta xalqı aşağılayırlar. Bu xüsusda Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Rafiq Manaflı, Rahim Hacıyev xüsusi ilə fərqlənirlər.

Bu video-parçaların yaratdığı skandallar səbəbindən indiyə qədər Milli Şuranın rəhbər heyətindən ikisi - Eldəniz Quliyev və Rafiq Manaflı ictimai qınaqlara dözməyərək, istefa veriblər. Lakin onlardan daha ağlır təhqirlər səsləndirən və gerçək simaları ifşa olunan Gültəkin Hacıbəyli, Rahim Hacıyev üzr istəmək və istefa vermək haqqında hələlik heç bir açıqlama ilə çıxış etməyiblər.

Musavat.com bildirir ki, müzakirələrə dair növbəti bir video-parça yayımlanıb. Burada AXCP sədri Əli Kərimli də var. Bu video-parçada isə Gültəkin Hacıbəyli və Vidadi Mirkamal Azərbaycan xalqını sözün birbaşa mənasında aşağılayır, Əli Kərimli isə ''mənim xalqım'' dediyi topluluğun təhqir olunmasına reaksiyasız qalaraq, gülümsəyir.

Məsələnin maraqlı tərəflərindən biri video-müzakirələrdə iştirak edənlərdən bəzilərinin heç nə danışmamasıdır (İbrahim İbrahimli). Sanki onlar bu görüntülərin ortaya çıxacağını öncədən bilirlərmiş kimi hərəkət edirlər.

Daha bir maraqlı cəhət Milli Şuranın sədri, hazırda ABŞ-a sığınmış Cəmil Həsənlinin kamerasının arxa fonunda görünənlərdir. Gənc bir qadının siluetinin keçdiyini özü də efirdə görən Həsənli dərhal kamerasının görüntü alanını daraldır.

Videoda başqa maraqlı nüanslar da var. Onlardan biri də, Gültəkin Hacıbəylinin sonlara doğru dediyi ''...mən sentyabrda hakimiyyətə hazırlaşıram'', replikası və iştirakçılardan hər birinin bu replika ilə razılaşmasıdır.

Maraqlıdır ki, qarşıdakı aylarda hakimiyyətin dəyişməsinə qanuni əsas yarada biləcək prezident seçkisi yoxdur. AXCP və Milli Şura rəhbərliyi hakimiyyətə gəlməyə hansı əsaslarla hazırlaşırlar? Bu suala hüquq mühafizə orqanları cavab axtarsalar, pis olmazdı.

Musavat.com Facebook sosial şəbəkəsində yayınlanmış həmin görüntüləri təqdim edir.

pia.az

 


Etiket: Milli Şura


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar