Cümə, 06 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü.Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən AXC-Müsavat iqtidarı əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Təsadüf nəticəsində siyasi hakimiyyətə gəlmiş və böyük iddialarda olan o zamankı iqtidar nümayəndələrinin fəaliyyəti ancaq öz mənafelərinə yönəlmişdi. Xalqı çətin iqtisadi-siyasi böhrandan çıxaracaq təfəkkürə malik olmadıqlarından ölkədə anarxiya baş alıb gedirdi.Yarıtmaz siyasi fəaliyyət göstərən AXC-Müsavat cütlüyü Yeni Azərbaycan Partiyasının yaradılmasına hər vəchlə mane olmağa çalışsalar da, xalqımızın vətənpərvər ziyalılarının qətiyyəti sayəsində 1992-ci ilin noyabr ayında partiyanın təsis konfransı Naxçıvan şəhərində baş tutdu. Bununla da, Azərbaycan siyasi səhnəsinə və dövlətçiliyimizə yeni bir günəş doğdu.

Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı. Qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident cənab İlham Əliyevin əlindədir. Bu günkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Cənab İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edərək intibah dövrünü yaşayır. 44 gün sürən Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz yağı düşmən üzərində şanlı qələbə qazanmışdır. Gündən günə artan siyasi, iqtisadi, diplomatik və hərbi gücümüzü bütün dünya hiss edərək bizimlə bütün sahələrdə razılaşmalı oldular. Azərbaycan Respublikası Qarabağ problemini həll edərək ərazi bütövlüyünü tam şəkildə bərpa etmişdir.İndi bütün cahanın qarşısında güclü və qüdrətli Azərbaycan vardır. Milli Qurtuluşumuzdan başlanan zəfər yolumuz Uca Tanrının köməkliyi ilə daha da böyük hədəflərə çatacaqdır. Dahi şəxsiyyətin “Biz azadıq, biz müstəqilik, biz sərbəstik! Biz heç kəsdən asılı deyilik! Biz özümüz öz taleyimizin sahibiyik!” kəlamları hər bir azərbaycanlının qəlbində əbədiyyən qürurla yad ediləcəkdir.

Arzu Abdullayev - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

AZTV-nin sədri bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - Fotolar

Bakıda bu rayon ləğv olunur – Yeni mərkəzi rayon da yaradılır...

Deputat Operativ Qərargahın qərarına etiraz etdi

Azərbaycanlı “kredit oliqarxı”nın oğlu Londonda 560 milyon dollara futbol klubu alır

Ramiz Zeynalovun nömrə, vəsiqə və texniki baxış biznesi - Faktlar

Ramil Yusifov “Azərişıq” ASC-yə sədr gətilir? – İddia

“Müharibədə gözünü itirən vətəndaş: “İcra hakimiyyəti bizə 15 min manatdan cəmi 2 min verib”

“Azərbaycan hərbçilərini öldürün” - Ermənistanın Müdafiə naziri təxribat xarakterli əmr verdi

Milli Məclis: "Eldəniz Səlimova deputat maaşı veriləcək"

İşğaldan azad olunan Ağdamda yeni talan – Məmur köhnə artezian quyularının borularını hara daşıyır…

Yelisey sarayı: “İlham Əliyev və Emmanuel Makron arasında razılıq əldə olundu”

“Shaurma 1” restoranlarının sahibi şərikinin 9 milyon manatını ələ keçirib – Artıq ölkəni tərk etdiyi bildirilir

Ən çox oxunanalar