Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisin İntizam komissiyasının iclası keçirilib

Yanvarın 27-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

Parlamentdən verilən məlumata görə, yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik edən komissiyanın sədri Eldar İbrahimov bildirib ki, gündəlikdə Milli Məclisin İntizam komissiyasının 2021-ci ilin yaz və payız sessiyaları dövründə gördüyü işlərə dair məlumata baxılması nəzərdə tutulub.

Milli Məclisin 2021-ci ildə çox səmərəli fəaliyyət göstərdiyini deyən komissiya sədri keçən il İntizam komissiyasının Əsasnaməsinin qəbul olunmasının əhəmiyyətindən danışıb.

Hesabat dövründə İntizam komissiyasının gördüyü işlər barədə məlumat verən Eldar İbrahimov bildirib ki, daxil olan bütün məsələlər diqqətlə araşdırılıb, qanunvericiliyə ciddi riayət etməklə müvafiq tədbirlər görülüb. O cümlədən komissiya 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə Milli Məclisin deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi məsələsinə müsbət rəy verib.

Eldar İbrahimov bildirib ki, hesabat dövründə İntizam komissiyasına vətəndaşlardan 20 müraciət daxil olub. Müraciətlər təhlil edilərək araşdırılıb və müvafiq tədbirlər görülüb.

İclasda İntizam komissiyasının ötən il ərzində gördüyü işlər barədə məlumat dinlənildikdən sonra müzakirələr başlanıb. Komissiyanın sədr müavini Fəzail Ağamalı, deputatlar Hikmət Məmmədov, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Nizami Səfərov və Madər Musayev komissiyanın son bir ildəki fəaliyyətini və təqdim olunan hesabatı yüksək qiymətləndiriblər.

Müzakirələrin yekununda İntizam komissiyasının hesabatı məqbul sayılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar