Bazar ertəsi, 27 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi - Yenilənib

Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

Bu barədə parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

***

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb.

Məsələ barədə parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov məlumat verir.

Komissiya sədri bildirib ki, Baş prokuror Kamran Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə təqdimat göndərib: "Təqdimata dünən İntizam komissiyasının iclasında baxılıb və E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edilib".

Konstitusiyanın 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Baş prokurorun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisin deputatı mandatından məhrum edilir.

Məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə oluna bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Baş prokurorun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Baş prokurora suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər.

Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Tərtərdə eşidilən partlayış səslərinin səbəbi: Ruslar Ağdərədə erməni mövqelərini partladır?

Putinin qarşısında 3 şərt: Əgər razılaşarsa, Xankəndidə və…

Güney Azərbaycanlılar SEPAH-ın hərbi təliminə qatılmaqdan imtina ediblər

“Yaxınlaşıb qulağına dedim ki, sənə xəyanət etmişəm” – Aktyor cütlüklə 

Səddam Hüseynin qəddar oğlu - Məğlub idmançıların ailələrinə belə işgəncə verən Uday Hüseynin şok əməlləri

“Məhəbbət Vəliyeva 25-dən çox qohum və rəfiqəsini direktor təyin edib...” - Deputat

Kəmaləddin Heydərov zabitlərin kirayə pulunu hələ də ödəməyib – Problem

Əri ölən "Elif" uzun müddət sonra bu halda görüntüləndi - Foto

"Göbəklitəpədə 10 min il yerin altında qalan “gizli xəzinə” üzə çıxarılıb" - Fotolar

Ən çox oxunanalar