Çərşənbə axşamı, 28 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Milli Məclisdə insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq konfrans keçirilib

Bu gün Milli Məclisdə “TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının qorunması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Milli Məclis, TÜRKPA və Ombudsman təsisatının birgə əməkdaşlığı çərçivəsində baş tutan konfrans Azərbaycan Respublikasının İnsan hüquqlari üzrə müvəkkili (Ombudsman) təsisatının yaradılmasının 20 illiyinə həsr edilib.

Əvvəlcə Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Orucun moderatorluğu ilə açılış sessiyası olub. Zahid Oruc 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra türk dövlətləri parlament təmsilçilərinin və ombudsmanlarının bir araya gəlməsini tək türk coğrafiyası üçün deyil, dünya miqyasında insan hüquq və azadlıqlarının qorunması üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. “İnsan hüquqları” anlayışının tarixinə toxunan komitə sədri türk dünyasında tarixən formalaşan insan haqları fəlsəfəsindən bəhs edib.

Prezident İlham ƏliyevPrezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa bəyannaməsini türk dünyasını birləşdirən təhlükəsizlik platforması kimi xarakterizə edən Zahid Oruc onun insanlar arasında sülhə, birgəyaşayışa və anlaşmaya xidmət etdiyini bildirib, TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının müdafiəsi ilə bağlı tezislərini səsləndirib.

TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er də ainsan hüquqlarının qorunmasını daim aktual və təkmilləşən bir mövzu kimi xarakterizə edib, insan hüquqlarının qorunmasının institusional əsaslarının formalaşması və təkmilləşməsi tarixinə toxunub. Baş katib TÜRKPA dövlətlərində insan hüquq və azadlıqlarının təmin edilməsinin prioritet kimi qəbul olunmasından, bu sahədə beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsindən və milli qanunvericiliyin təkmilləşdirilməsindən danışıb, insan hüquqlarının qorunmasında milli parlamentlərin və ombudsman institutlarının rolunu vurğulayıb.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva açılış nitqində Azərbaycanda Ombudsman təsisatının yaradılmasının əsasları, statusu və əsas fəaliyyət istiqamətlərindən danışıb. Səbinə Əliyeva insan hüquqlarının müdafiəsi, eləcə də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı parlamentlə əməkdaşlığın əhəmiyyətinə toxunub, bu sahədəki təcrübələrini bölüşüb.

Ombudsman çıxışında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması yolunda TÜRKPA-ya üzv dövlətlərin parlamentləri və milli insan hüquqları institutları qarşısında dayanan çağırışlardan bəhs edib, bu kontekstdə 2022-ci il mayın 13-də Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının yaradılmasının əhəmiyyətini vurğulayıb.

TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri Erol Kaya Türkiyədə insan hüquqlarının qorunmasının konstitusion əsasları, hüquqi bazası, bu sahədə qurumların səlahiyyətləri, son 20 ildə aparılan tənzimləmələr və qanunvericilikdəki təkmilləşdirmələr, Türkiyə parlamentinin bu sahədə gördüyü işlər, həyata keçirilən nəzarət fəaliyyəti haqqında məlumat verib, fikirlərini bölüşüb.

Sonra konfrans işini sessiyalarda davam etdirib.

Konfransın “İnsan hüquqlarının qorunmasında parlamentlərin rolu” mövzusunda birinci sessiyası TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri Erol Kayanın moderatorluğu ilə keçib.

Çıxışçılar 44 günlük Vətən müharibəsində qazanılan Zəfəri tarixi ədalət və insan hüquqlarının bərpası kontekstində dəyərləndiriblər, öz ölkələrində insan hüquqlarının qorunması ilə bağlı mövcud vəziyyət, qanunvericilik bazası, aparılan islahatlar haqqında məlumat veriblər.

Sessiyaya yekun vuran Erol Kaya TÜRKPA coğrafiyasında insan hüquqlarının qorunması sahəsində belə toplantıların keçirilməsinin informasiya və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.

Konfransın “Ombudsman institutlarının səmərəli fəaliyyətində qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyəti” mövzusunda ikinci sessiyasına Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva moderatorluq edib.

Sessiyada Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç, ombudsmanlar Elvira Azimova (Qazaxıstan), Atır Abdrahmatova (Qırğızıstan), Şeref Malkoç (Türkiyənin baş ombudsmanı), Feruza Eşmatova (Özbəkistan) çıxış ediblər. Onlar ölkələrində insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumat veriblər, mövzu ilə bağlı fikirlərini bildiriblər, bu sahədə birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Sonra Ombudsman Aparatı tərəfindən informasiya əldə etmək hüququnun təmini ilə bağlı videoçarx nümayiş olunub.

Ombudsman Səbinə Əliyeva və TÜRKPA-nın komissiya sədri Erol Kaya sessiyaya yekun vuraraq faydalı müzakirələrə görə tədbir iştirakçılarına təşəkkür ediblər. Belə bir fikir ifadə olunub ki, türk dövlətlərinin ombudsman təsisatlarının birgə səyləri, qarşılıqlı bilik, təcrübə və fikir mübadiləsi insan hüquqlarının daha səmərəli müdafiəsi işinə mühüm töhfələr verəcək.

Bununla da “TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının qorunması” mövzusunda beynəlxalq konfrans başa çatıb.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Cəlilabad İcra Hakimiyyətinin əməkdaşı yeni vəzifəyə təyin olunub

"Müharibə veteranlarına aylıq təqaüdün artırılmasına baxılacaq" - Nazir

"Laçın dəhlizi və Laçın şəhəri Azərbaycana təhvil veriləcək" - Paşinyan

Gürcüstan Rusiyaya gedən avtomobilləri Azərbaycana yönəldib

İcarəyə götürdüyü torpaq sahəsində narkotik yetişdirən şəxs saxlanılıb - Foto

Prezidentə Kəlbəcərin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub

Avropa çempionatı: Azərbaycan güləşçisi yarımfinalda erməni ilə görüşəcək

Nyu-York meri Azərbaycan səfirləri ilə görüşüb

NATO yüksək hazırlıqlı döyüş qüvvələrinin sayını artıracaq

Azərbaycanda son sutkada 12 nəfər koronavirusa yoluxub

Rusiya İstanbulda terror aktını maliyyələşdirən şəxsi yaxalayıb

Ən çox oxunanalar