Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Meymun çiçəyi” virusu nə qədər təhlükəlidir? – Əlamətləri

Bu il Avropadan sonra “Meymun çiçəyi” virusuna ilk dəfə ABŞ-da da rast gəlinib. Virus ABŞ-da bu yaxınlarda Kanadaya səfər etmiş bir nəfərdə aşkar edilib.

Yenivaz.com BBC-ə istinadla xəbər verir ki, çərşənbə günü İspaniyada 23 nəfərdə “Meymun çiçəyi” xəstəliyinin əlamətləri olduğu açıqlanıb.

Portuqaliyada isə 15 şübhəli hadisənin araşdırıldığı bildirilir.

Böyük Britaniyada da iki yeni “meymun çiçəyi” hadisəsi aşkar edilib. Bununla da ölkədə yoluxanların ümumi sayı 9-a yüksəlib.

Meymun xəstəliyi nədir, nə qədər yayğındır?

“Meymun çiçəyi” nadir bir virusdur. Su çiçəyi xəstəliyinə bənzər bir xəstəliyə səbəb olur.

Lakin “Meymun çiçəyi” olan insanlarda xəstəlik daha yüngül keçir və mütəxəssislər bu halda yoluxma ehtimalının az olduğunu bildirirlər.

Virus adətən Qərbi Afrika ölkələrində tropik meşələrin yaxınlığında baş verir. Virusun iki əsas ştammı var – Qərbi Afrika və Mərkəzi Afrika.

Simptomlar nələrdir?

Virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və zəiflikdir.

Qızdırma azaldıqdan sonra, adətən üzdə başlayan və daha sonra bədənin digər hissələrinə, əksər hallarda ovuclara və ayaqlara yayılan səpgilər əmələ gələ bilər.

Çox qaşıntılı ola bilən səpgilər qabığa çevrilir və müxtəlif mərhələlərdən keçdikdən sonra azalır. Yaralar izlər buraxa bilər.

Necə yayılır?

Virusa “Meymun çiçəyi” olan başqa bir şəxslə yaxın təmasdan yoluxmaq mükündür. Virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan daxil ola bilər. Cinsi əlaqə zamanı birbaşa təmas yolu ilə də ötürülə bilər.
Virus həmçinin meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar vasitəsilə və ya yataq dəsti və paltar kimi əşyalarla təmas yolu ilə də yayıla bilər.

Nə qədər təhlükəlidir?

Əksər hallarda virusa yoluxanlarda yüngül formada olur. Virus bəzən su çiçəyi xəstəliyinə bənzəyir və bir neçə həftə ərzində öz-özünə yox olur.

Ancaq bəzən daha ağır ola bilər. Daha əvvəl Qərbi Afrikada ölümlərə səbəb oldub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar