Məşhur meyxanaçı Cavid Sumqayıtlı həbs edilib.
Lent.az-ın əldə etdiyi məlumata görə, o, 3 həftə əvvəl Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilərkən külli miqdarda heroin və metamfetamin (patı) aşkarlanıb. Meyxanaçı barədə toplanan materiallar Sumqayıt şəhər Məhkəməsinə göndərilib və onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
pia.az