Ekvadorun ən məşhur idmançılarından sayılan atlet Aleks Quyinonez silahlı hücum zamanı öldürülüb.
PİA.az oxu.az-a istinadən xəbər verir ki, idmançı Quyaquil şəhərindəki ticarət mərkəzlərindən birinin qarşısında naməlum şəxslər tərəfindən güllələnib. Hücum zamanı həmçinin idmançının yanında olan şəxs də yaralanıb.
Faktla bağlı araşdırma başladılıb.
pia.az