Çərşənbə, 28 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meşə yanğınlarında evləri ziyan görən sakinlər kompensasiya ala bilərlərmi?

“Kimlərinsə məsuliyyətsizliyi ucbatından baş verən fövqəladə hadisəyə görə dövlət vətəndaşlara dəyən zərəri kompensasiya etməlidir. Ötən gün baş verən yanğın - təbiət hadisəsidir. Ərazidə yaşayan vətəndaşların iradəsi səbəbindən baş verməyib”.

Bunu ziyan dəyən evlərə görə kompensasiyanı kimin ödəyəcəyi ilə bağlı Oxu.Az-a açıqlama verən əmlak məsələləri üzrə eksperti Ramil Osmanlı deyib.

Xatırladaq ki, bir neçə gündür ki, ölkənin şimal bölgəsində güclü yanğınlar qeydə alınır. Avqustun 16-da Şabran rayonunda baş vermiş yanğın hadisəsi səbəbindən yaşayış evlərinə ziyan dəydiyi bildirilib. Yanan evlərdən təxliyə olunanlar qonşu kəndlərə, qohumlarının evlərinə göndəriliblər.

Bəs görəsən, yanğın hadisəsi nəticəsində ziyan dəyən evlərə görə şəxslərə təzminat düşəcəkmi? Ev sığorta olunmadığı halda kompensasiya ödənilə bilərmi?

R.Osmanlı qeyd edib ki, sığortası olmasa belə, şəxsə dəyən zərər ödənilməlidir:

“Hökumət vətəndaşlara dəyən zərərin ödənilməsi üçün müəyyən qərarlar qəbul etməlidir. Qanunvericilik tərəfindən məsələyə baxsaq, təcrübədə kifayət qədər belə hal olduğunu görərik. Çünki regionlarda əksər vətəndaşların bu məsələdən o qədər də məlumatları yoxdur”.

Ekspert əlavə edib ki, yanğın kənar təsirlər nəticəsində baş verib:

“Təbii ki, həmin yanğın hadisəsinin qarşısının alınması, məhdudlaşdırılması, lokallaşdırılması vətəndaşların iradəsindən kənardır. Hüquqi baxımdan yanaşsaq, yanğın hadisəsinin meşədən kənara çıxmasının qarşısı alınmayıbsa, fövqəladə vəziyyət hesab olunur. Hökumət bu cür hallarda vətəndaşlara dəyən zərəri qarşılamalıdır”.

Hüquqşünas Əsabəli Mustafayev qeyd edib ki, sığorta yoxdursa, insanlara dəyən zərər qarşılanmayacaq:

“Əgər sığorta yoxdursa, bu insanlara yardım edilmir. Təbiət hadisəsidirsə, o zaman kömək olunur. Nazirlər Kabineti tərəfindən qərar qəbul olunub. Ev sahiblərinə kömək etmək məqsədi ilə yerlərdəki hakimiyyət orqanları da bunu həyata keçirirlər. Yox, əgər digər səbəbdən, məsələn, qısaqapanmadan yanğın olursa, dövlət tərəfindən heç bir kömək olunmur.

İcra Hakimiyyəti şikayətlərin qarşısını almaq üçün kiçik bir məbləğlə kömək edir. Bununla da işi bitir. Bazar iqtisadiyyatı dövründə mülkiyyət sığortalanmayıbsa, bu halda belə, dövlət kömək etməlidir”.

Ə.Mustafayevin sözlərinə görə, Azərbaycanda bütün əmlak və sağlamlıqla bağlı sığortalar könüllü sürətdə olmaldır:

“Maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşları sığortadan istifadə etməyə yönəltməliyik. Məcburi sığortası varsa, müqavilədə göstərilən həddə sığorta ödənişi olacaq. Bu zaman çox kiçik, standart məbləğlər olur. Sığorta idarələri birinci özləri maraqlı olmalı, maarifləndirmə kampaniyası aparmalıdırlar ki, canfəşanlıq olsun. İcbari sığorta varsa, məbləğ ödəniləcək”.

Şabran Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, kompensasiya ilə bağlı Milli Məclis qərar verməlidir:

“Bu, hökumətin qərarı olmalıdır. Kompensasiya ödənişi dövlətin verəcəyi qərardan asılıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Neftçalada şəhid dəfnində İran təxribatı - Video

Həbs edilən keçmiş MTN naziri azadlığa çıxdı

Paşinyan Azərbaycana yeni xəritə təklif etdi - Video

8 milyonluq mənimsəmə - Müdafiə Nazirliyinin daha bir maliyyə xidməti rəisi həbs edildi

Azərbaycanda dəhşət: Ata və ana birləşib qızlarını “kislota”lı əski ilə yandırdılar

On dörd gündən sonra nəşi tapılan şəhid torpağa tapşırılıb - Fotolar

İranın 44 günlük müharibə zamanı Azərbaycan əleyhinə plan hazırladığı ortaya çıxdı

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət etdi - Yenilənib

Prezident və birinci xanım Füzuliyə səfər edib - Fotolar, Yenilənib

Ən çox oxunanalar