Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məscidlərdə nəzarət komissiyaları yaradılıb - Video

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, dini ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Belə ki, məscidlərdə eyni vaxtda 50 nəfərdən çox olmamaqla ibadət etmək mümkün olacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli "Report"a açıqlamasında bildirib ki, axundu olduğu İçərişəhər Cümə məscidi səhər saatlarından - sübh namazından vətəndaşların üzünə açıqdır: "Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından irəli gələn tələblər məscidə gələn hər kəsin diqqətinə çatdırılıb".


Hacı Surxay Məmmədli

"Şükürlər olsun ki, bu gündən bütün məscidlərin fəaliyyətinə icazə verilib. Məscid və digər ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidir. Ara məsafələrinə xüsusi fikir veririk, məscidə gələnlərin hərarətləri yoxlanılır. Burada üç nəfərdən ibarət nəzarət komissiyası yaradılıb. Bu gün hansısa neqativ hadisə baş vermədi. Ümid edirik ki, sabah cümə namazında da eyni vəziyyəti görə biləcəyik", - o qeyd edib.

Hacı Surxay Məmmədli deyib ki, namaz qılındıqdan sonra məscidin daxili dezinfeksiya edilir.

Qeyd edək ki, insanlar ibadət üçün məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə isə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz bitdikdən sonra məscidi tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarla cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar