Çərşənbə axşamı, 07 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Mərhum xanəndə Canəli Əkbərov son mənzilə yola salındı

Xalq artisti Canəli Əkbərovun qardaşı Tərlan Əkbərov onun son sözünü açıqlayıb.

Tərlan Əkbərov Musavat.com-a açıqlamasında deyib ki, Canəli Əkbərov Şuşaya getməyi arzulayıb: "Canəli Əkbərov sənətdə hər zaman düzgün muğam ifa etməyin tərəfdarı olub və sağlam mübarizə aparıb. Həmişə dövlətim mədəniyyət siyasətini dəstəkləyib.

Onun vəfatı ilə muğam sənətinin möhtəşəm sütunlarından biri çökdü. Bu gün Azərbaycan xalqı böyük sənətkarını, ailəsi isə ağsaqqalını itirdi.

Beyin insultu ilə əlaqədar müalicə olunurdu. Ölkəmizin Birinci xanımı Mehriban Əliyevanı şəxsi göstərişi ilə ailəsi ilə mütəmadi əlaqə saxlanılırdı.

Son sözü o idi ki, Azərbaycanın fəxarətli günləridir. Gözəl Qarabağımız azad edildi, Şuşaya getmək istəyirdi. Deyirdi ki, səsim İsa bulağında, o yaylaqlarda qalıb.  Xan Şuşinskinin vaxtında tez-tez Şuşaya gedirdi. Həyatda dürüst və təmiz insan idi. Sənət adamlarının böyük əksəriyyəti onu ziyarət edirdi".

Xalq artisti alqışların sədaları altımda son mənzilə yola salınıb.

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub

Deputat Ülvi Quliyev “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? - Fotofakt

Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır – Foto

Yeni nazir müavini təyinatından danışdı - Foto

Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi

Kəmaləddin Heydərov Astara sakinlərinə 18 villa tikir? 

Azərbaycanda dizelin qiyməti kəskin qalxacağı deyilir... - Hökümət daxili bazarda qiymətləri hansı səviyəyə çatdırmaq istəyir?

Rusiya 175 minlik qoşunla Ukraynaya hücum etməyə hazırlaşır... - İddia

Novella Cəfəroğlu: "Gedib deyirik ki, Tofiq Yaqublunu yaxşı edib döyümüsünüz?!"

Rüşvət alan Dövlət Xidmətinin vəzifəli şəxslərinə hökm oxudu

İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib - Yenilənib

Ən çox oxunanalar