Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Merejko: “Azərbaycan torpaqlarını geri qaytarmaqla beynəlxalq hüququn tələblərini reallaşdırıb”

Azərbaycan öz ərazisini işğaldan azad etməklə, ümumilikdə beynəlxalq hüququn prinsip və normalarını reallaşdırıb”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, AŞPA-nın vitse prezidenti Aleksandr Merejko bildirib.

“Çünki BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Azərbaycan da sadə dildə desək, bu qətnamələrin tələblərini reallaşdırıb. Burada heç bir problem yoxdur. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq işğala son qoyulub və Azərbaycanın ərazi bütövlüyü təmin edilib”, - o deyib.

A.Merejko onu da bildirib ki, 30 ildə Ermənistanın işğal olunmuş torpaqlarda törətdiyi dağıntılarla bağlı hər iki tərəfdə olan informasiya əsasında beynəlxalq məhkəməyə müraciət etmək olar: “Bu aqressiya aktının vurduğu ziyanı hesablamaq lazımdır. Lakin bunun beynəlxalq formatda həyata keçirilmə mexanizmi hələ ki, aydın deyil. Azərbaycanın ərazilərini işğal etməklə Ermənistan beynəlxalq hüquq prinsiplərini, ərazi bütövlüyü, suverenlik haqqı və güc tətbiq etməmək prinsiplərini pozub”, - o deyib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar