Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərc oyunlarında vəsaitlərin bir hissəsi sosial layihələrə yönəldiləcək

Nazirlər Kabineti “İdman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsinin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edib.

PİA.az-ın məlumatına görə, dəyişikliyə əsasən, idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə yönəldilən hissəsi aşağıdakı qaydada müəyyən edilib:

- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz milyon) manat məbləğinə çatanadək - hər ay üçün aylıq dövriyyənin 1 faizi;

- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz milyon) manat məbləğinə çatan ay üçün - aylıq dövriyyənin 100 000 000 (yüz milyon) manata çatanadək olan hissəsinin 1 faizi, 100 000 000 (yüz milyon) manat məbləğindən artıq olan hissəsinin 2,5 faizi;

- təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 000 000 (yüz

milyon) manat məbləğindən artıq olduqda - hər ay üçün aylıq dövriyyənin 2,5 faizi.

Qeyd edək ki, bundan əvvəl qüvvəyə olan qərara əsasən, idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi hər ay üzrə 500 000 (beş yüz min) manat həcmində müəyyən edilmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar