Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmurların maaşı niyə gizlədilir?

Rövşən Ağayev: “Şəffaflıq olmayan ölkə qaranlıq ölkədir…”

“İndi xəbər tutmuşam ki, normativ hüquqi aktların internet resurslarındakı ictimaiyyətə açıq rəsmi bazasında dövlət qulluqçularına təyin olunan əməkhaqqı məbləğlərinin açıq informasiya kimi yayılmasına son verilib”.

Bunu iqtisadçı Rövşən Ağayev “Feysbuk” hesabında yazıb.

Onun sözlərinə görə, dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında prezidentin 13 mart 2018-ci il tarixli 3787 saylı sərəncamının sonunda qeyd edilib ki, sənədə əlavələr dərc edilimir: “Halbuki ondan əvvəl 2008-ci ildə təsdiqlənən və 2018-ci ilə qədər qüvvədə olan bütün vəzifələr üzrə maaşların məbləği ictimaiyyət üçün açıq idi. Polisin, hərbçilərin maaşları dövlət və hərbi sirrdir deyə açıqlanmır. Bəs mülki dövlət qulluqçularının maaşları niyə? Biz də uzun illərdir özümüzü yoruruq məmurlarən gəlir-əmlak bəyyanaməsi olsun”.

“Bir faktı deyim, 90-cı illərin ortalarına universiteti bitirəndə xeyli müddət mediada iqtisadi yazar kimi çalışdım. İnternet resurslarının olmadığı dövrdə biz hətta hərbi qulluqçularının maaşları ilə bağlı qərarları kağız daşıyıcılarda belə rahatlıqla əldə edirdik. Şəffaflıq olmayan ölkə qaranlıq ölkədir, orda gerçək inkişaf ola bilməz. İnkişaf imitasiyası isə bu imitasiya maşınının nefti-benzini ilə birgə bitəcək…”, – deyə ekspert bildirib.

pia.az


Etiket: məmur maaş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar