Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblərdə şagirdlərə aşılanan Xamenei sevgisi... - Bunu kimlər, hansı məqsədlə edir?

Azərbaycan məktəbində İranın ali dini lideri Əli Xameneiyə həsr olunmuş mahnı ifa edilir...

Təhsil eksperti: “Orta təhsil müəssisəsində hər hansı bir dinin təbliğatının aparılması doğru yanaşma deyil. Üstəlik xarici ölkənin Ali dini liderinin Azərbaycan məktəblərində təbliği yolverilməzdir və bu birbaşa milli təhlükəsizliyimizi təhdid edən məsələdir”.

“Müəyyən xarici ölkələrin kəşfiyyat orqanları, ideoloji mərkəzləri tərəfindən bu kimi addımlar atılır. Bizim ölkəmizdə də təəsüflər olsun ki, bəzi şəxslər öz vətənini məhz bu ideologiyalara, xarici kəşfiyyat orqanlarının maraqlarına qurban verirlər”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi Yevlax rayonundakı məktəblərinin birində şagirdlərə İranın ali dini lideri Xameneiyə həsr olunmuş mahnının ifa etdirilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda fəaliyyət göstərən məktəblərinin birində şagirdlərə İranın ali dini lideri Xameneiyə həsr olunmuş mahnı ifa etdirilib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi qeyd edilib.

Eyni zamanda, görüntülərdə Azərbaycan bayrağının yanlış asılması da əks olunub.

Təhsil ocağında hansısa xarici ölənin dini liderə rəğbətin yaradılması, hətta ona tapınılması nə qədər doğrudur? Məktəblərdə milli təhlükəsizliyimizə qarşı olan bu cür hallara necə yer verilir və buna görə məsuliyyəti kimlər daşımalıdır?

Təhsil müəssisələrində baş verən din təbliğatını PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Həmin şəxs barəsində nizamnamə daxilində ölçü götürülməlidir. Lazım gələrsə, hətta onun əmək müqaviləsinə xitam verilə bilər”.

Təhsil və dinin bir-biri ilə ziddiyyət kəsb etdiyini vurğulayan ekspert bildirib ki, elm və din yanaşı qoyula bilməz:

Azərbaycanda din dövlətdən ayrıdır. Eyni zamanda Azərbaycan multikultural, tolerant bir ölkədir. Ölkədə əhalinin müəyyən bir hissəsi İslama, müəyyən hissəsi xristiana, müəyyən hissəsi buddizmə, müəyyən hissəsi induizə sitayiş edir. Əhalinin bir hissəsi də heç biri dini qəbul etmir, yaxud da ümumiyyətlə ateisdir.

Orta təhsil müəssisəsində hər hansı bir dinin təbliğatının aparılması doğru yanaşma deyil. Üstəlik xarici ölkənin Ali dini liderinin Azərbaycan məktəblərində təbliği yolverilməzdir və bu birbaşa milli təhlükəsizliyimizi təhdid edən məsələdir. Buna görə də həmin şəxs barəsində nizamnamə daxilində ölçü götürülməlidir. Lazım gələrsə, hətta onun əmək müqaviləsinə xitam verilə bilər.

Elçin Əfəndi: “Təhsil ocaqlarında 2 milyondan artıq şagird və müəllimin var və bu insanlar fərqli psixologiyaya, fərqli dünyagörüşünə sahib olsalar da, hər birinin Azərbaycan adlı vahid bir vətəni var”.

Müəyyən xarici ölkələrin kəşfiyyat orqanları, ideoloji mərkəzləri tərəfindən bu kimi addımlar atılır. Bizim ölkəmizdə də təəsüflər olsun ki, bəzi şəxslər öz vətənini məhz bu ideologiyalara, xarici kəşfiyyat orqanlarının maraqlarına qurban verirlər. Bütün bunlar da təhsil müəssisələrində xüsusi olaraq yolverilməzdir. Təhsil ocağında ancaq elm öyrədilər, şagirdlərə təlim-tərbiyə verirlər. Məktəblərdə hər hansı bir dinin təbliğatı qətiyyən olmaz.

Azərbaycan 4447 təhsil ocağı fəaliyyət göstərir. Burada da 1 milyon 900 min şagird təhsil alır. Təhsil verənlərin də ümumi sayı təxminən 150 minin üzərindədir. Yəni təhsil ocaqlarında 2 milyondan artıq şagird və müəllimin var və bu insanlar fərqli psixologiyaya, fərqli dünyagörüşünə sahib olsalar da, hər birinin Azərbaycan adlı vahid bir vətəni var. Hər bir vətəndaşın da söykəndiyi qanunlar toplusu var. Bütün vətəndaşlar da mütləq konstitusiyanın maddələrinə riayət etməlidir. Əgər biz bu gün din dövlətdən ayrıdır deyirksə, hər hansısa bir müəllimin, şagirdin, direktorun və digər şəxslərin təhsil müəssisələrində bunu etmələri doğru deyil və buna görə də məsul şəxslər cazalandırılmalıdır. Ümumiyyətlə təhsil və din bir-biri ilə ziddiyyət kəsb edir. Elm və din yanaşı qoyula bilməz”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar