Çərşənbə, 30 Noyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“MehNur” reabilitasiya mərkəzinə lisenziyanı kim verib? – Nazirliklərdən açıqlama

“MehNur” loqopedik və psixoloji reabilitasiya mərkəzinin nazirliklə heç bir əlaqəsi yoxdur"...

Bir neçə gün əvvəl Nizami rayonunda yerləşən “MehNur” loqopedik və psixoloji reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə göstərilməsi ölkədə böyük rezonans doğurdu. Lakin məlumdur ki, son illər paytaxtda belə reabilitasiya mərkəzlərinin sayı artmaqdadır. Onların fəaliyyətinə hansı qurumun icazə verdiyi, lisenziya kriteriyalarının nədən ibarət olduğu isə çoxlarına bəlli deyil.

İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 1 və 2 nömrəli əlavələrinə əsasən, lisenziya tələb olunan fəaliyyət növləri siyahısında sözügedən fəaliyyət üçün lisenziya nəzərdə tutulmayıb:

“Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsasları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Lisenziya tələb olunan fəaliyyət növləri həmin Qanunun 1 və 2 nömrəli əlavələri ilə müəyyən edilir.

Məlumat üçün qeyd edək ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində “MehNur” adlı müəssisəyə hər hansı fəaliyyət növünə dair lisenziyanın verilməsi barədə məlumat qeydə alınmayıb”.

Səhiyyə Nazirliyindən verilən açıqlamada isə diqqətə çatdırılıb ki, psixoloji yardım, defektoloqlar, loqopedlər, praktik psixoloqların fəaliyyəti “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir:

“Həmin Qanunun 21.0.3-cü maddəsinə əsasən, müraciətinizdə qeyd olunan ixtisaslar üzrə fəaliyyət həkimlər tərəfindən deyil, təhsilverənlər, pedaqoji işçilər - müəllimlər, məsləhətçilər, tərbiyəçilər, müəllim köməkçiləri, çağrışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, metodistlər, təhsil müəssisəsində çalışan konsertmeysterlər və məşqçilər, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər tərəfindən həyata keçirilir”.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə Oxu.Az-a açıqlamasında “MehNur” loqopedik və psixoloji reabilitasiya mərkəzinin nazirliklə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

“Onlar özəl olaraq MMC kimi fəaliyyət göstərirlər. Müdaxilə edəcəyimiz bir məqam yoxdur”, - Cəsarət Valehov deyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Əsas baş rolda Vasif Talıbov və ona himayədarlıq edənlərdir” - Hafiz Hacıyev

Vasif Talıbovun qardaşının saxlanılması barədə məlumatlar əsassızdır - Yenilənib

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Azərbaycanda iki yüksək vəzifəli şəxs işdən çıxarıldı - Səbəb

Misir Mərdanov Emin Əmrullayevlə fotosundan danışdı

Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyin edildi

Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyin edilən şəxs kimdir? - Dosye 

Yeni təyin olunan Naxçıvan Baş Gömrük Komitəsinin rəisi kimdir? - Dosye

Türkiyədə benzin Azərbaycandan ucuzdur – Avropa ölkələrinin tam siyahısı

Bakıda evə basqın edilib: ailə üzvləri bıçaqlanıb, 2 nəfər öldürülüb - Yenilənib

Molla rejiminin islam yalanı və müsəlman dünyasına qarşı İran-ABŞ müttəfiqliyi…

Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi, spiker cavab verdi

Ən çox oxunanalar