Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Media reyestri – Kimlər jurnalist ola bilməz?

Prezident İlham Əliyev sentyabrın 26-da Media Reyesterinin aparılması Qaydalarını təsdiq edib...

Fərmana görə, Medianın İnkişafı Agentliyi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Yeni qaydalara görə, ali təhsili olmayan şəxslərin jurnalist fəaliyyəti məhdudlaşdırıla bilər.

İslam Şıxəlinin 12 illik jurnalist fəaliyyəti var. Yeni qaydalara görə onun ali təhsili olmadığı üçün fəaliyyətinə məhdudiyyət qoyula bilər.

Media eksperti Ələsgər Məmmədli deyir ki, qaydalar jurnalistlərin fəaliyyətini xeyli çətinləşdirəcək. Çünki reyestrə ən azı 3 il stajı olan şəxslər daxil edilməsi nəzərdə tutulur

Mediada çalışan jurnalistlərin, redaktorların və təsisçilərin ali təhsilli olması lazımdır. Ekspert deyir ki, bu orta təhsilli amma istedadlı şəxslərin yolunu bağlamış olur. Qaydalar arasında media işçilərinin ölkədə daimi yaşayan olması da vacibdir. Məhdudiyyətlər bununla da bitmir.

Ekspert deyir ki, jurnalist fəaliyyətini daraldacaq ki, bu da məhdudiyyətdir.

İslam Şıxəli deyir ki, jurnalistlərə bu çətinlikləri yaratmağa ehtiyac yoxdur. Vicdanlı və müəyyən qabiliyyətlərə sahib olmaq bu peşəni yerinə yetirməyə kifayətdir.

Yeni Media haqqında qanun bu ilin əvvəlində qəbul olunub. Qanun layihəsinə müstəqil jurnalistlər və beynəlxalq qurumlar etiraz ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar