Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məddahlığın "Müsavat zirvəsi" – Müavini Arif Hacılının üzünə, görün, nələr dedi... - Video

“Siz böyük şəxsiyyətsiniz. Sizin haqqınızda danışmağın özü böyük bir məsuliyyətdir. Bu, mənim üçün nə qədər şərəfli olsa da, bir o qədər də böyük məsuliyyətdir...”

Bunları hansısa nazirliyin tədbirində ütülü kostyum, ağ köynək və qalstukda olan sıradan bir məddah öz naziri, yaxud digər rəhbər şəxs haqqında demir. Bunları 30 ilə yaxındır müxalifətdə olan, hər zaman demokratiya, sivil siyasi münasibətlər tərəfdarı kimi çıxış edən, iqtidara qarşı çoxsaylı ittihamlar, o cümlədən məddahlıq və yaltaqlıq ittihamı irəli sürən Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı deyir.

Özü də R.Əmiraslanlı bunu, məsələn, Müsavatın yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin ruhuna xitabən yox, hazırkı partiya başqanı Arif Hacılının 60 yaşının tamam olmasıyla bağlı keçirilən tədbirdə birbaşa onun üzünə deyir. Ona görə “üzünə deyir” deyirik ki, bu “dozada” tərifi, mədhiyyəni “üzbəsurat” qəbul etmək hər kişinin işi deyil – “doza” əməlli-başlı öldürücüdür!

Əlbəttə ki, xidmətlərinə, şəxsiyyətinə hörmət əlaməti olaraq, Arif Hacılı da daxil olmaqla, istənilən şəxsi tərifləməkdə ayıb bir şey yoxdur. Amma tərif belə bir şeydir ki, uzaqbaşı 20 faiz şişirtməyə yol verilməsi məqbul sayılar. Əks halda bu artıq tərif yox, mədhiyyə, yaltaqlıqdır...

R.Əmiraslanlı isə öz başqanını “xalq hərəkatının lideri”, “xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri” adlandırır. Yaxşı, sıradan bir siyasətçi olan A.Hacılı xalqımızın ən böyük şəxsiyyətlərindən biridirsə, o zaman həqiqi Böyük Şəxsiyyətlərimizi necə adlandıraq? Heç məsələ Arif bəyin xidmətlərində, kimliyində də deyil. Məsələ, kadrlardan da göründüyü kimi, həm də məclisdə oturanların, İsa Qəmbər başda olmaqla, bu deyilənlərə münasibətindədir. Belə görünür ki, müavininin dedikləri A.Hacılıya xoş gəlir və üstəlik, təbrikə görə müavinini alqışlayır da. Ancaq bu videonu izləyən sıravi müsavatçıların gördükləri mənzərədən xoşhal olmadıqları şübhəsizdir. Axı, əndazəni aşmaq, ikrah doğuran mənzərə yaratmaq o qədərmi vacibdir? Bir-birinizi boğazdan yuxarı tərifləyə-tərifləyə, özünüzə “tarixi şəxsiyyət”, “böyük lider” və s. əttökən adlar qoya-qoya hara kimi gedəcəksiniz?...

Yaxşı, bundan sonra hansısa məmuru məddahlığına görə qınamağa hansı müsavatçının mənəvi haqqı çatacaq? Yeri gəlmişkən, bu “azara” təkcə Müsavatda yox, digər partiyalarda da rast gəlinir. Hakimiyyəti məddahlıq da daxil çoxsaylı ittihamlarla üz-üzə qoyanların özləri elə ilk imkandaca tənqid etdiklləri şəxslərdən, qurumlardan daha beş betər olduqlarını büruzə verirlər. Görünür, ya həddindən artıq uzun vaxt müxalifətdə qalmaları bu adamları korlayıb, onlarda psixoloji fəsadlar yaradıb, ya da bu “əlamət” onların mahiyyətində uzun illər gizlənib qalıb və nəhayət, özünü büruzə verir...

İndi təsəvvür edin ki, A.Hacılı maddi və insan resursları sarıdan əziyyət çəkən bir müxalifət partiyasının sədri yox, əməlli-başlı “yağlı” bir vəzifənin sahibi olsaydı, ətrafındakılar ona nələr deyərdilər...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar