Şənbə, 18 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Məcburiyyət halına gətirilən vaksinləşmə insanlara qarşı terrordur” - Hüquqşünasdan ilginc açıqlama...

Könüllü deyilib, insanlara məcbur vurulan vaksinlərin məsuliyyətini kimlər daşıyır?..

Hüquqşünas: “Ölkədə aparılan vaksinasiya ilə bağlı deyirlər ki, vaksin könüllüdür. Amma əslində belə deyil”.

“Belə görünür ki, vaksin insanlara bəxtə-bəxt vurulur. Şair demişkən, “Ölən öldü, qalan sağlar bizimdir”. Axı bu prinsiplə elə virusun özünə də yanaşmaq olardı. İndiki halda bu atılan addımlar, qoyulan bu qadağalar hansı təfəkkürə, hansı hüquqa sığır?”.

Bu sözləri hüquqşünas Ellada Bayramova vaksinlərin könüllük adı ilə məcbur insanlara vurulmasını PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya kampaniyası keçirilir. Başqa ölkələrdə olduğu kimi, peyvəndlənmənin məcburi olmadığı deyilir. Lakin sözdə məcburi deyil. Çünki vaksin olmayan insanlara qarşı çoxlu qadağalar tətbiq olunur və bu qadağalar əslində vaksinasiyanı məcburi hala gətirir.

İnsanların vaksin olunmaq istəməməsinin isə bir çox səbəbləri var. Burada ilk növbədə peyvəndlərin təhlükəsiz olmadığı kimi iddiaları göstərmək yerinə düşər. Vaksinlərin çoxsaylı və müxtəlif ölkəllərdə istehsal olunuduğunu da nəzərə alarsaq, bu vaksinlərin gələcəkdə necə təsir edəcəyi barədə də çoxlu şübhələr və qorxular mövcuddur. Bəzi iddialara görə vaksin sonsuzluğa da yol aça bilər. Bu məlumatlar artıq bir müddətdir ki, internetresurslarda yayılır. Belə bir fikir izhar olunur ki, peyvəndlərin istehsalını sürətləndirmək naminə tələb olunan prosedurlardan yan keçilir və bu da vaksinin təhlükəsizliyini sual atına alır.

Bəs vaksinlərin könüllü deyilib, amma məcbur edilməsi qanuna və konstitusiyaya nə qədər uyğundur?

Mövzunu PİA.az-ın əməkdaşı hüquqşünas Ellada Bayramova ilə müzakirə edib.

Ellada Bayramova: “Vaksin olunan şəxslərin virusun daşıyıcısı olması istisna edilmir. Bu halda sual olunur ki, hansı haqla vaksinləşməni məcburi hala gətirirlər? Axı vaksin olunan şəxslərin virusu yaymaq potensialı daha çoxdur”.

Vaksinin insanlara bəxtə-bəxt vurulduğunu düşünən hüquqşünas PİA.az-a açıqlamasında bütün bu suallara TƏBİB-in açıq cavab verməli olduğunu düşünür:

“Ölkədə aparılan vaksinasiya ilə bağlı deyirlər ki, vaksin könüllüdür. Amma əslində belə deyil. Vaksin olmayan insan heç bir iaşə obyektlərinə buraxılmır, işlədiyi yerlərdən insanlardan Covid pasportu tələb olunması və s. bunların hamısı məcburiyyətə gətirib çıxarır və üstəlik vaksin olunan şəxslərin virusun daşıyıcısı olması da istisna edilmir. Bu halda sual olunur ki, hansı haqla vaksinləşməni məcburi hala gətirirlər? Axı vaksin olunan şəxslərin virusu yaymaq potensialı daha çoxdur.

Məsələnin digər tərəfi isə ucdantutma vaksinin vurulmasındır. Vaksin vurularkən onu həmin insanın orqanizminin qaldırıb-qaldırmaması müəyyən edilməlidir. Həmçinin həmin vaksinin tərkibində nələrin olduğu haqqında da insanlara məlumat verilməlidir. Bunların heç biri edilmir.

Başqa bir problem isə vaksinin bir standartda deyil, çoxsaylı olmasıdır. Hər ölkə öz fərqli vaksinini yaradır və bu vaksinlər hamısı bazardadır. Bir neçə ay ərzində hazırlanan bu vaksinlərin əks göstəriciləri uzun müddət sonra da ortaya çıxa bilər. Üstəlik bir adama 2-3 dəfə vaksin vururlar. Adətən vaksin bir növdə olur. İndi isə fərqli vaksinlər var və insanlara da hər növ vaksindən vurulur. Bəs bu zaman insanların həyatı ilə bağlı kim məsuliyyət daşıyır? Bunu etmək nə dərəcədə düzgündür?

Açığı dünya dövlətlərinin və ÜST-ün bu məsələdəki mövqeyi adamı təəccübləndirir...

Avqustun 9-dan etibarən Azərbaycanda vaksinlərə əks təsiri olan insanlara əks göstəriş sertifikatının verilməsinə başlanılacaq. Bəs bu proses niyə indi başlayır? Artıq milyonlarla insana vaksin vurulub. Bu proses vaksin ölkəyə daxil olan ilk gündən başlamalı idi. Hətta vaksinləşmə prosesinin başlamasından çox-çox əvvəl bu prosesə başlanılmalıydı. Belə çıxır ki, vaksin hamıya vurulanda sonra əks göstərişləri yadlarına düşüb? Niyə ölkədə insanların həyatları ilə savadsızcasına oynayırlar? Bəlkə birinin ağır formada allergiyası var və vaksin olunmağa məcbur edilir. Deməli bu adam ölməlidir?

Ellada Bayramova: “Hər gün virusun yeni ştammının gəldiyi elan edilir. Sonra da vaksin çıxardırlar. Yeni ştamm çıxanda da əvvəlki vaksinin təsirsiz olduğunu deyirlər. Bu sadəcə absurd teatrıdır...”.

Belə görünür ki, vaksin insanlara bəxtə-bəxt vurulur. Şair demişkən, “Ölən öldü, qalan sağlar bizimdir”. Axı bu prinsiplə elə virusun özünə də yanaşmaq olardı. İndiki halda bu atılan addımlar, qoyulan bu qadağalar hansı təfəkkürə, hansı hüquqa sığır? Görəsən bu hallara görə TƏBİB nə fikirləşir?

Coviddən sağalan insanlara da məcbur vaksin vururlar. Axı Covid olan və sağalan insanda antitel yaranır. Ona niyə antitel yaratmayan vaksin vurulmamaldır. Neçə adam var ki, Coviddən sağalıb sonra vaksin vurublar və ölüb. Amma heç kəs buna görə cavabdehlik daşımır. Demək ki, məcburi hala gətirilən vaksinləşmə insanlara qarşı olan terrordur. Əgər TƏBİB-də oturanların bir qram ağlı yoxdursa və savadsızdırlarsa, bu işləri yürütmək üçün normal, savadlı adam seçsinlər. Çünki insanların həyatları ilə bu şəkildə oynamaq olmaz.

Hər gün virusun yeni ştammının gəldiyi elan edilir. Sonra da vaksin çıxardırlar. Yeni ştamm çıxanda da əvvəlki vaksinin təsirsiz olduğunu deyirlər. Bu sadəcə absurd teatrıdır...

Bir isə onu göstərir ki, insanlara qarşı mədəni surətdə terror həyata keçirirlər. Vaksinləşmə ilə bağlı heç bir qanuna əməl edilmir, əksinə vaksinləşmə adına qanunları və insanın təbii hüquqlarının ən kobud şəkildə pozurlar. Ümumiyyətlə dünyanın heç bir ölkəsinin qanununda insanların məcbur vaksin olunması barədə heç nə yoxdur, olsa belə bu qanun cinayət xarakterlidir”.

Redaksiyadan: Qeyd edək ki, könüllü deyərək, vaksinləşmənin məcburi hala gətirilməsi Azərbaycan miqyasında deyil, dünya miqyasındadır və bu prossesin avanqardını özlərini demokratiyanın və insan haqlarının qoruyucusu kimi təqdim edən Qərb dövlətləri təşkil edir. Fransa kimi ölkələrdə məcburi vaksinləşməyə qarşı etirazlar polis dəyənəri ilə qarşılanır...

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sergey Lavrov rəsmi səfərlərə sevgilisi ilə gedir, o cümlədən Azərbaycana da… – Video

“Haber Global” Mübariz Mənsimovu darmadağın etdi - Ermənilərlə iş birliyi... - Video

Azərbaycan polisi diversantlara çörək aparan erməni maşınını saxladı

Azərbaycan polisi qondarma “bayrağ”ı maşınların üzərindən süngü ilə qazıdı - Video

Cavid Qurbanovdan narazı fəhlələr PA-ya yürüş edəcək -  Foto

Son vaxtlar Xalq artistinin “açıq-saçıq” geyinməsinin səbəbi nədir? - Foto

Hüseynbala Mirələmovun XİN-də işləyən oğlunun adı qalmaqalda

Azərbaycanlı kriminal avtoritet müğənni ilə evləndi

"Diqqət: Hacı Nuranın 4-cü dalğası başlayıb"

KTMT-də sədrlik Ermənistana keçdi... - Azərbaycan üçün təhlükə var?

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

Ərəb qadınları barədə bilmədiyiniz faktlar: Şərikli ər, lüt bədənə çarşab...

Ən çox oxunanalar