Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mavi diviziya” – Vermaxt qoşunlarının zəif bəndi

Almaniya II Dünya müharibəsinə başlayanda Avropanın bir çox ölkələri Vermaxtın şəxsi heyətinin sayını və döyüş qabiliyyətini artırmaq üçün öz döyüşçülərini Üçüncü Reyxin sərəncamına göndərib. Bu sırada İspaniya da fəallıq göstərərək könüllülərdən ibarət 250-ci diviziyanı yaradıb. “Mavi diviziya” adı ilə məşhurlaşan bu hərbi birləşmə Vermaxtın tərkibində SSRİ-yə qarşı hərbi əməliyyatlarda iştirak edib.

Tarixçilər və hərbi ekspertlər “Mavi diviziya” haqqında fərqli fikirlər irəli sürüblər. Kimlərsə İspaniya döyüşçülərini qəhrəman kimi təqdim edib, digərləri bu diviziyanın döyüş qabiliyyətinin çox aşağı səviyyədə olduğunu söyləyiblər.

“Mavi diviziya” 1941-ci ilin iyun ayında yaradılıb. Əslində bu diviziyanın yaradılmasında İspaniya ikibaşlı siyasət yürüdüb. Belə ki, İspaniya lideri Fransisko Franko nasist Almaniyası ilə rəsmi müttəfiqliyə girməyib, neytrallığını qorumağa çalışıb. Digər bir tərəfdən Franko İspaniyada vətəndaş müharibəsi zamanı Almaniyanın dəstəyini də unutmayaraq Hitlerə öz borcunu vermək haqqında da düşünüb. Elə bu məqsədlə də “Mavi diviziya” könüllülər adı altında yaradılıb. Bu hərbi birləşməyə əsasən Franko tərəfdarları toplaşıblar. Adı könüllü olsa da “Mavi diviziya”ya rəsmi hərbi çağırışa düşənlər də cəlb edilib. Amma bu rəsmi statistikada öz əksini tapmayıb.

Diviziyanın yaradılmasının əsas təşəbbüskarlarından biri olan İspaniyanın xarici işlər naziri Ramon Sunyer 24 iyun 1941-ci ildə “Mavi diviziya” tam formalaşanda bu hərbi birləşmə haqqında öz fikirlərini açıq bildirib:

“İspaniyadakı vətəndaş müharibəsində SSRİ-nin günahı böyükdür. Bu müharibənin uzanmasında, kütləvi güllələnmələrdə, heç bir məhkəmə prosesi olmadan aparılan həbslərdə SSRİ-nin rolu böyük və həlledici olub...”

“Mavi diviziya”da şəxsi heyətin sayı 18 min nəfərə çatıb. Onlardan təxminən 6 minə qədəri 18-22 yaşında olan Madrid Universitetinin tələbələri olub. Vermaxt qoşunlarının tabeliyinə verilən diviziya əvvəlcə Qraffenverv təlim düşərgəsində təlim keçiblər. İspaniyalı döyüşçülərə Vermax hərbçilərinin forması verilib. Yeganə fərq qollarında İspaniya bayrağını əks etdirən şevronlar olub. Eyni zamanda dəmir dəbilqələrində də İspaniya bayrağı əks edilib. Diviziyanın “mavi” adını alması isə onlara hərbi forma ilə mavi rəngdə köynəyin geyinməsinə icazə vermələri olub. Belə ki, bu rəng Franko hakimiyyəti dövründə hakim partiya olan Falanqanın rəmzi rəngi sayılıb. Bəziləri bu rəngi göy, bəziləri isə mavi kimi adlandırıblar.

Maraqlı faktlardan biri odur ki, İspaniya döyüşçüləri Hitlerə sədaqət andı ilə yanaşı, həm də kommunistlərə qarşı amansız mübarizə andı da içiblər.

“Mavi diviziya” Vermaxt qoşunlarının tərkibində əsasən şərq cəbhəsində döyüşüb. Onlar hələ təlimlər zamanı özlərini çox şən, nikbin və eyni zamanda komandanlığın tapşırıqlarına riayət etməyə çox da meylli olmayan döyüşçülər kimi göstəriblər. Rütbəcə böyüklərə hərbi salam vermədiklərinə, silahlarını təmizləmədəkilərinə, hərbi rejim qaydalarını pozduqlarına görə ispanlarla almanların arasında tez-tez mübahisələr yaranıb.

Bəzi araşdırmaçıların qənaətinə görə ispanlar sovet hərbi əsirlərinə qarşı amansız olublar, onlara ən ağır işgəncələr tətbiq ediblər. Digər bir qrup tarixçi araşdırmaçılar isə hərbi əməliyyatlarda ispanların son dərəcə humanist olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, “Mavi diviziya”nın könüllüləri bu hərbi birləşməyə məcburən qoşulduqlarından hərbi əməliyyatlarda könülsüz iştirak ediblər. Hətta belə faktlar da aşkar olunub ki, Franko tərəfindən məcburi səfərbər olan gənclərin bir qismi cəbhə bölgələrində qarşı tərəfə atəş açmaqdan da imtina ediblər.

Məlum olduğu kimi Vermaxt rəhbərliyi öz hərbçilərinə işğal olunmuş ərazilərdə qadınlarla cinsi əlaqəyə girməyə qadağa qoyub. İspan döyüşçüləri bu qadağaya etiraz əlaməti olaraq silahlarınının süngüsünə rezin qoruyucu keçirərək alman komandirlərinə nümayiş etdiriblər.

Ərazilərdə keçiriləcək hərbi əməliyyatlar haqqında əvvəlcədən “Mavi diviziya”ya məlumat verilməyib. Əməliyyat müşavirələrində və əməliyyat planlarının hazırlanmasında bu diviziyadan hansısa bir zabitinin iştirakına da icazə verilməyib. Bu və digər qadağalar ispanlarla almanların arasında növbəti mübahisələrə səbəb olub.

Ümumilikdə ispan könüllüləri “Mavi diviziya” kimi məşhurlaşsa da, bu hərbi birləşmənin II Dünya müharibəsində, onun gedeşində nəzərəçarpacaq heç bir rolu olmayıb. Kiçik hərbi əməliyyatlarda qazanılan uğurları nəzərə almasaq “Mavi diviziya” heç bir böyük döyüş uğuru ilə yadda qalmayıb və onlar Vermaxt qoşunlarının zəif bəndi sayılıb.

1943-cü ilin oktybrın 20-də Franko “Mavi diviziya”nın ləğv edilməsi ilə bağlı sərəncam imzalayıb. Nasist Almaniyasının məğlubiyyətə doğru getdiyini görən İspaniya lideri neytral mövqedə olduğunu nümayiş etdirmək üçün bu addımı atıb. Franko Almaniyanın düşmənləri ilə düşmən olmaq istəməyib.

İlham Cəmiloğlu(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar