Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marsda hündürlüyü 250 metr olan meqasunami baş verib - Foto

Kometa və ya asteroidin təsiri qədim zamanlarda su ilə örtülmüş Marsda 250 metr hündürlüyündə meqasunaminin yaranmasına səbəb olub.

Belə ki, amerikalı alimlər planetin səthində həmin zərbədən qalan krateri aşkar ediblər.

Onların fikrincə, ən güclü sunami Marsda uzaq keçmişdə, 66 milyon il əvvəl dinozavrların kütləvi məhvinə səbəb olan asteroidin Yerə düşməsindən sonra baş verib.

Qədim sunami barədə ilk məlumatlar 1976-cı ildə ABŞ-ın “Vikinq 1” kosmik gəmisi tərəfindən əldə olunub. O zaman aparat keçmişdə fəlakətli daşqın nəticəsində kanalın yarandığı əraziyə enib. Lakin son vaxtlara qədər zərbə kraterinin izlərinə rast gəlinməyib.

Planet İnstitutunda (Tukson, ABŞ) Aleksis Rodrigesin rəhbərlik etdiyi alimlər qrupu keçmiş orbital missiyalar əsasında yaradılmış Marsın səthinin xəritələrini təhlil edərək həmin sunamiyə səbəb ola biləcək zərbə kraterini müəyyən ediblər.

Pol adı verilən kraterin diametri 110 kilometrdir və qədim zamanlarda 120 metr dərinliyə qədər okeanla örtüldüyü güman edilən şimal yarımkürəsinin alçaq hissəsində yerləşir. Kraterin ərazisində daşların yerləşməsinin təhlili onun təxmini yaranma vaxtının təxminən 3,4 milyard il əvvəl olduğunu hesablamağa imkan verir. (oxu.az)

Fotolar

pia.az 


Etiket: Mars


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar