Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marketin damından girərək oğurluq edən sevgililər saxlandılar

Yevlax rayonunda marketdən oğurluq edən sevgililər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri, əvvəllər də oğurluq əməlinə görə təqsirləndirilmiş Ağca Bayramova və İlkin Əliyev müəyyən ediliblər.

Onlar qabaqcadan əlbir olaraq rayonun Xaldan kəndi ərazisindəki marketin damından qeyri-qanuna yolla içəri daxil olaraq tütün məmulatları, danışıq kartları və məişət əşyaları oğurlayıblar. Araşdırmalarla onların zərərçəkmiş şəxsə 5550 manatdan çox ziyan vurduqları aşkar olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 18 yaşlı Ağca Bayramova və 24 yaşlı İlkin Əliyev sevgilidirlər.

Bundan başqa, keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyasında və oğurluq əməli törətməkdə şübhəli bilinən şəxslər də saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayon sakini Elşən Babayev saxlanılıb. Onun ailə üzvlərinə məxsus olan həyətyanı sahəyə baxış keçirilən zaman aqrotexniki qaydada qulluqla yetişdirdiyi 45 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktlarla bağlı Yevlax RPŞ-də adıçəkilən şəxslər barəsində araşdırmalar davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar