Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mariupolda çoxmərtəbəli binanın dağıntıları altından 200-ə yaxın meyit tapılıb

Mariupolda çoxmərtəbəli binanın dağıntılarının altından 200-ə yaxın çürümüş cəsəd aşkar edilib.

Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko öz “Telegram” hesabında bildirib.

“Mariupol. Qəbiristanlıq. Sülh prospektində, şəhər ətrafındakı yanacaqdoldurma məntəqəsi-2 ərazisində çoxmərtəbəli binanın dağıntıları altından, zirzəmidən yüksək dərəcədə çürümüş vəziyyətdə olan 200-ə yaxın meyit aşkar edilib”, – deyə Andryuşenko birbaşa çıxışı zamanı açıqlama verib.

Onun sözlərinə görə, yerli sakinlər ölənlərin meyitlərini toplamaqdan və paketləməkdən imtina etdikləri üçün Rusiya Fövqəladə Hallar Nazirliyi oranı tərk edib. Ölənlərin meyitləri yerində qalıb və indi qismən yığışdırılan dağıntılar səbəbindən, demək olar ki, bütün məhəllədə çürük cəsəd qoxusu hiss olunur.

Andryuşenko onu da əlavə edib ki, şəhərdə çoxmərtəbəli binaların həyətlərindən tapılan meyitlərin yenidən basdırılması prosesi faktiki olaraq dayanıb.

Hazırda dəfn və ekshumasiya işləri Donetskdən olan qondarma “Ritual” Dövlət Korporasiyası tərəfindən həyata keçirilir. Ancaq “rəsmi” pulsuz dəfnetmə üçün növbə gözləmək, mərhumun meyitini “morq”a sərbəst şəkildə şəxsən gətirmək, cəsədin yeni aşkar edildiyini söyləmək və ya mərhumun Ukrayna ordusu tərəfindən öldürüldüyünün söylənməsinin labüd olduğu videoçəkilişə razı olmaq lazımdır.

Andryuşenko vurğulayıb ki, metro yaxınlığındakı müvəqqəti morqda bu şərtlər səbəbindən çox sayda meyit küçədə torbalara yığılaraq qalıb. Beləliklə, Mariupol indi tamamilə qəbiristanlığa çevrilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar