Şənbə, 31 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Makronun Cənubi Qafqazı ələ keçirmək cəhdləri uğur qazana bilərmi?

Bakıda Şarl Mişelin prioritet məsələlər arasında Qarabağın statusundan demək olar ki, danışmaması və ümumiyyətlə Dağlıq Qarabağ ifadəsini işlətməməsi nədən xəbər verir?..

Ərəstun Oruclu: “Mən güman edirəm və əminəm ki, Şarl Mişel Qarabağ mövzunun qapalı görüşdə qaldırıb”.

“Paşinyanın belə bir riskə gedərək, Fransa ilə seperat anlaşmaya getməsi təkcə Paşinyanın yox, bütövlükdə Ermənistanın məhv olmasına yol aça bilər”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ErmənistanAzərbaycan səfərlərini PİA.az-a şərh edərkən bildirib.

Ötən həftə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ErmənistanAzərbaycan səfərləri ilə yadda qaldı. Ermənistandan sonra Bakıya gələn Avropa İttifaqı Şurasının Prezidentinin diqqət çəkən davranışlarında biri və bəlkə də birincisi Şarl Mişelin Bakıda verdiyi açıqlamalarda Qarabağın statusunu dilə gətirməməsi oldu. Aİ lideri Bakı ilə Brüssel arasında prioritet məsələlər arasında Qarabağın statusundan demək olar ki, qeyd etməməsi və ümumiyyətlə Dağlıq Qarabağ ifadəsini işlətməməsi nədən xəbər verir? Hesab etmək olarmı ki, rəsmi Bakının və xüsusən də prezident İlham Əliyevin dəyişməz mövqe sərgiləməsi, əsasən ermənilərin himayədarı kimi çıxış edən Avropa İttrifaqı rəsmilərini status məsələsində geri addım atmağa məcbur edib? Doğrudanmı ATƏT-in Minsk qrupunun həmsədrlərin tələbinə və istəyinə qarşı Ermənistanla Azərbaycan arasında sülh sazişinin bu maddə olmadan müzakirə edilməsi mümkündürmü və üstüörtülü olsa da, reallıqdan çıxış edərək Avropa İttifaqı buna razılıq verə bilərmi?

Xatırladaq ki, Şarl Mişelin regiona, xüsusən də Yeravana səfəri Rusiya tərəfindən də bimənalı qarşılanmayıb. Aİ rəsmisi hələ Ermənistanda olarkən Rusiyanın aparıcı medialarından “Moskovskiy Komsomolets” və “Nezavisimaya Qazetai” nəşrləri Fransa və Ermənistanın yeni Qarabağ planı barədə məlumat yayıb. Məlumatda qeyd olunur ki, Fransa BMT-nin Təhlükəsizlik Şurasında yeni Qarabağ qətnaməsinin qəbul edilməsi üçün danışıqlar aparır. Parisin əsas məqsədi Qarabağdakı hazırkı status-kvonu ləğv etmək və yeni status-kvo formalaşdırmaqdır. Qəzet yazır ki, Paris və Yeravan 9 noyabr üçtərəfli bəyanatını qeyri-legitim elan ermək üçün yollar arayır. Yeni status-kvo isə BMT-dən mandat alan Fransanın Ermənistan-Azərbaycan sərhədinə və Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə öz hərbiçilərini yerləşdirmək və Ermənistanı özünün Cənubi Qafqazdakı forpostuna çevirməkdir.

Bu məlumatın Fransa prezidenti Makrona xüsusi yaxınlığı seçilən Şarl Mişelin Ermənistana səfəri zamanı mətbuata sızdırılmasını isə heç də təsadüfi hesab etmək olmaz. Moskva təbii olaraq Fransanın xüsusi canfəşanlıqla Cənubi Qafqazda yerləşməyə çalışmasını heç də mürgü içində qarşılaya bilməz. Bu məsələdə maraq doğuran əsas detal isə Makronun Cənubi Qafqazın əsas aparıcı güc mərkəzlərini özünə qarşı qoyaraq məhz kiçik və güçsüz Ermənistan vasitəsi ilə Cənubi Qafqaza yerləşmək cəhdidir. Cəhdinin uğursuzluğa məhkumluğunu görən Makronun isə regiona BMT mandatı ilə daxil olmağa cəhd etməsi isə xüsusi diqqət çəkicidir. Belə görünür ki, Cənubi Qafqazda Rusiyanın qırmızı xəttini keçməyə cəhd edən Fransa bunun üçün BMT-nin Təhlükəsizlik Şurasında Rusiyadan kömək almağa çalışır? Bu isə özü-özünə absurd kimi görünməkdədir. Digər tərəfdən isə Azərbaycanın erməni işğallarına və terrorizminə haqq verən Fransanın Cənubi Qafqazda yerləşməsinə razılıq verməsi sadəcə ağlasığmazdır.

PİA.az-ın əməkdaşı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ErmənistanAzərbaycan səfərlərini, həmçinin Fransanın Cənubi Qafqazda yerləşmək cəhdlərini siyasi hazırda ABŞ-da yaşayan şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Avropa Birliyi Şurasının sədrinin davranışından açıq-aydın görünürdü ki, onun səfərinin məqsədi Ermənistanı müdafiə etməkdir”.

PİA.az-ın sualını cavablandıran siyasi şərhçi qapalı görüşdə Qarabağ məsələsinin və status məsələsinin müzakirə olunduğuna əminliyini vurğulaya siyasi şərhçi qeyd edib ki, Şarl Mişelin Cənubi Qafqaza səfərindən əvvəl Ermənistana 5 il müddətinə 3 milyard dollar yardım ayrılması ilə bağlı məlumatların yayılması ondan xəbər verir ki, Brüsselin Ermənistanla bağlı xüsusi palanları var:

Avropa Birliyi Şurasının sədrinin Azərbaycana səfəri zamanı Qarabağ mövzusuna açıq görüşdə və çıxışı zamanı toxunması o demək deyil ki, o qapalı görüşdə bu məsələni qaldırmayıb. Mən güman edirəm və əminəm ki, Şarl Mişel Qarabağ mövzunun qapalı görüşdə qaldırıb. Avropa Birliyi Şurasının sədrinin davranışından açıq-aydın görünürdü ki, onun səfərinin məqsədi Ermənistanı müdafiə etməkdir. Təsadüfi deyil ki, Avropa Birliyi Şarl Mişelin Cənubi Qafqaza səfərindən əvvəl Ermənistana 5 ilə 3 milyard dollar yardım ayrılması xəbəri yayıldı. Hesab edirəm ki, Avropa İttifaqının Ermənistana 5 il müddətinə 3 milyard dollar yardım ayrılması ilə bağlı məlumatların yayılması ondan xəbər verir ki, Brüsselin Ermənistanla bağlı xüsusi palanları var. Bu planın Parisdə hazırlandığını da istisna etmək olmaz.

Görünür ki, Fransa Ermənistanla hansısa spesifik münasibətlər qurmaq istəyir. Amma bunun Azərbaycan-Ermənistan sərhəddində sülhməramlıların yerləşdirilməsi, yaxud da başqa hansı planın əsasında olacağını bilmirəm. Düşünürəm ki, Azərbaycan-Ermənistan sərhədinə, o cümlədən Qarabağa fransız sülhməramlılarının yerləşdirilməsi inandırıcı görünmür. Unutmayaq ki, hətta Paşinyanın hakimiyyətdə olmasına rəğmən, Rusiyanın Ermənistana təsiri hələ də güclüdür. Şübhəsiz ki, Rusiya belə bir vəziyyətin yaranmasına, öz forpostunun birdən birə Fransanın forpostuna çevrilməsinə heç vaxt yol verə bilməz. Bu məntiqdən kənardır. Ona görə də Parizin Cənubi Qafqaz planlarını mətbuata sızdırmaqla Moskva əslində Parisə və Yeravana xəbərdarlıq edib. Bu xəbərdarlı xüsusi olaraq Ermənistana aiddir Həmçinin Kreml Makrona mesaj yollayır ki, Fransa prezidenti boyndan yuxarı tullanmasın.

Ərəstun Oruclu: “Rusiyanın Cənubi Qafqazı əlində saxıamaq üçün resursları yerincədir və gərəkirsə Moskva Cənubi Qafqaza görə böyük müharibədən belə çəkinməz”.

Bir daha qeyd edirəm ki, Rusiyanın Ermənistanı, ümumiyyətlə 200 ildən çoxdur ki, birbaşa nəzarəti altında olan Cənubi Qafqazı kiməsə güzəştə gedəcəyi heç inandırıcı görünmür və bu mümkün deyil. Bu o zaman ola bilər ki, geosiyasi müharibədə Rusiya tamamilə məğlub olaraq bölgədən çəkilməyə məcbur olsun. Hazırda isə bu vəziyyət yoxdur və Rusiya geosiyasi müharibədə kifayət qədər aktiv və kifayət qədər güçlü mübarizə aparır. Rusiyanın Cənubi Qafqazı əlində saxıamaq üçün resursları yerincədir və gərəkirsə Moskva Cənubi Qafqaza görə böyük müharibədən belə çəkinməz.

Günü bu gün Rusiyanın bölgədəki planlarına az-çox mane olan yeganə ölkə hələlik Türkiyədir və Moskva Türkiyənin regiondakı varlığını ona görə qəbul edir ki, onun regiona gəlişindən əvvəl Türkiyə və İran bu regionda söz sahibi olublar və tarixən Rusiya ilə Cənubi Qafqaz uğrunda müharibə edibıər. Bu tarixi ənənələrə və yerli əhalinin, xüsusən azərbaycanlıların Türkiyəyə olan bağlılığını nəzərə alaraq Moskva Ankaranın regionda varlığını qəbul edir və bundan öz geosiyasi maraqları üçün yararlanmağa çalışır. Qalan heç bir iştirakçılar, nə ABŞ, nə Avropa Birliyi, nə də ittifaqın ayrı-ayrı dövlətləri bölgəyə aktiv şəkildə və birbaşa müdaxilə etməyə çalışmır və çalışsalar belə, bu cəhdləri uğursuz olacaq. Ən azından bu çalışma görünmür. Üstəlik də dediyim güc mərkəzlərini bunun üçün yetərincə resursları yoxdur.

Əərəstun Oruclu: “Rusiya Azərbaycan-Ermənistan münasibətlərində yeni bir gərginlik mərhələsi yaratmaqdadır”.

Fransanın ayrıca olaraq Ermənistanda yerləşməsinə cəhd etməsinə gəlincə isə, bunun üçün Rusiya Cənubi Qafqazdan tamamilə çıxmalıdır. Qeyd edim ki, Rusiyanın Gürcüstandakı mövqeləri yox dərəcəsindədir, Azərbaycanda zəifdir, Ermənistanda isə çox güçlüdür. Buna görə də Paşinyanın belə bir riskə gedərək Fransa ilə seperat anlaşmaya getməsi təkcə Paşinyanın yox, bütövlükdə Ermənistanın məhv olmasına yol aça bilər.

Hal-hazırda Rusiya Azərbaycan-Ermənistan münasibətlərində yeni bir gərginlik mərhələsi yaratmaqdadır. Bu da təsadüfi deyil. Çünki gərginlik elə bir universal vasitədir ki, ondan hər iki tərəfə qarşı geniş şəkildə istifadə etmək olar. Paşinyan hər hansı seperatçı danışıqlara getsə, bundan ona qarşı istifadə ediləcək və Azərbaycana yaşıl işıq yandırılacaq. Əksinə olaraq Azərbaycan Türkiyəyə daha çox yaxınlaşacaqsa, bundan Azərbaycana qarşı istifadə olunacaq.

Onu da qeyd edim ki, Fransanın və istənilən başqa dövlətin Ermənistana təsirini artırmaq və onu öz himayəsi altına almaq məsələsində uğurun əldə edəcəklərini 99 faiz istisna edirəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sərxoş deputat polisi evindən çağıraraq öz obyektində döyüb - Hadisənin səs yazısı qeydə alınıb

Eldəniz Səlimova görə sürücüsü saxlanılan keçmiş icra başçısı danışdı

ABŞ-dan Azərbaycana təzyiqlər artır: Vaşinqtonun son addımları effektli ola bilər?..

Elçibəyin oğlunun toyundan görüntülər - Video

Prokurorluq: Deputatın polisi döyməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu qidalar bağırsaq xərçənginə səbəb olur - Onkoloq açıqladı

Deputat polisi tək döyməyib: İşin içində icra başçısının sürücüsü və iş adamı da var

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

Saxta sənədlərlə ələ keçirilən maşınlar nazirin bacısının adına rəsmiləşdirilib?

Ən çox oxunanalar